Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 14:42

Oğuzun dağlıq ərazisində yanğın başlayıb


Meşədə yanğın, arxiv foto

Avqustun 25-də Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə, meşədə yanğını başlayıb.

Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.
Qurumdan bildirilib ki, yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi, 2 helikopteri cəlb edilib.

Son günlər ölkənin bir sıra ərazilərində meşə yanğınları müşahidə edilir.Avqustun 23-də Qəbələ rayonunda da meşə yanğını başlayıb.

Bu yanğının da söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin helikopter və təyyarəsi cəlb edilib. Bu gün, avqustun 25-də həmin yanğının lokallaşdırıldığı bildirilir.Yanğının təqribən 15 hektar ərazini əhatə etdiyi açıqlanıb.

Avqustun 20-də isə Hirkan Milli Parkında yanğın başlamışdı. Bu yanğının da dünən, avqustun 24-də tam söndürüldüyü açıqlanıb.

4 gün davam edən yanğında hektarlarla ərazinin yandığı vurğulanıb.

Rəsmilər yanğınlara əsas səbəb kimi insan amilini göstərirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG