Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Sentyabr, şənbə, Bakı vaxtı 15:46

'Hüquq müdafiəçisinin əlləri və ayaqları şişib'


Turkiyə -Oqtay Gülalıyev xəstəxanada

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti stabildir, o, hələ də xəstəxanada saxlanır.

Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Firuzə Gülalıyevə məlumat verib. Onun sözlərinə görə, dünən, avqustun 11-də O.Gülalıyevdən qan analizi götürülüb: "Nəticələr göstərib ki, Oqtayın ağciyərlərində infeksiya var. Bundan əlavə, qarın boşluğunda da infeksiyası mövcuddur. Bu gün, avqustun12-də digər analizlər də götürüləcək".

O qeyd edib ki, hüquq müdafiəçisinin əlləri və ayaqları şişib. "Həkimlər dedi ki, Oqtaya fizioterapiya lazımdır. Lakin bu xəstəxanada fizioterapevt yoxdur. İndi bu məsələni həll etməyə çalışırıq".

Hüquq müdafiəçisi hazırda Ege Hospitalda müalicə alır. Həmin xəstəxananın rəhbərliyindən bu deyilənlərə, hələlik, münasibət almaq mümkün olmayıb.

Oqtay Gülalıyevdən xəbərlər var

Avqustun 5-i M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təcili yerləşdirilən hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətinin ağır olduğu bildirilir.

"Təzyiqi qalxıb düşür, bədən temperaturu yüksəkdir, biz onu itirə bilərik",- xəstənin həyat yoldaşı Firuzə Gülalıyeva vurğulayıb.

Amma O.Gülalıyevin yaxınlarının daha sonra verdiyi məlumatda isə bildirilir ki, hüquq müdafiəçisi Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Kompleksinə, oradan da Bakıdakı Ege Hospitala aparılıb: "Həmin özəl hospitalda bu gün, avqustun 6-da Oqtay Gülalıyevin başının MRT-si çəkilib və baş beyində hər hansı yeni pozuntu aşkar edilməyib. Həkimlər onun vəziyyətinin pisləşməsinin qastrostomiya borusunun düşməsi nəticəsində qarın boşluğunda yaranan problemlərlə əlaqədar olduğu barədə nəticəyə gəliblər. Fəalın müayinəsi davam etdirilir".

Bütün bu deyilənlərə sözügedən tibb müəssisələrinin rəhbərliyindən və ölkə səhiyyəsinə cavabdeh qurumlardan münasibət almaq mümkün olmayıb.

Oqtay Gülalıyevin səhhəti necədi? Evindən reportaj
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti pisləşib

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyətinin kəskin pisləşdiyi deyilir.

Bu barədə onun xanımı Füruzə Gülaliyeva məlumat verib.

Onun deməsinə görə, bu, qidanı birbaşa mədəyə ötürən qastrostomiya (udma aktı tam pozulmuş və ya massiv şiş törəməsi olan pasiyentlərə endoskopik olaraq mədəyə dəridən keçərək qidalandırıcı zondun yerləşdirilməsi) borucuğu dəyişdirildikdən sonra baş verib.

F. Gülalıyevanın sözlərinə görə, bu gün, avqustun 5-də səhər saatlarında həmin borucuğun çıxdığını görüb : "Saat 08.30-ə yaxın Oqtay Topşubaşov adına klinikaya aparılıb. Orada ona müvəqqəti qastrostomiya borucuğu yerləşdiriblər".

O qeyd edib ki, hüquq müdafiəçisi evə gətirilib və ona yemək verildikdən sonra titrəməyə başlayıb, qızdırması qalxıb: "Onu Mərkəzi Klinik xəstəxanaya apardılar. Vəziyyəti kritik olaraq qiymətləndirilir. İlkin müayinə göstərdi ki, problemlər beyin xəstəlikləri ilə əlaqədar yaranıb. Həkimlər lazımi tədbirləri görürlər".

Bu deyilənlərə, hələlik, Topşubaşov adına klinikadan, Mərkəzi Klinik Xəstəxanadan və ölkə səhiyyəsinə cavabdeh qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Oqtay Gülalıyevi vuran sürücü danışdı
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Xatırlatma

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulduğu bildirilir. Onun başından aldığı zədə nəticəsində hələ də komada olduğu deyilir.

Oqtay Gülalıyev qəzadan az sonra, axşam Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib.O, daha sonra aparıldığı City Hospital"da oktyabrın 31-də əməliyyat edilib. Noyabrın 1-də də ordan da Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. Həmin il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün isə Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilib.

Fakt üzrə Cinayət Məcəlləsinin 263.1.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb. Ötən ilin noyabrında, məhkəməsi başlanmazdan öncə onun Bakıya gətirildiyi açıqlanıb. Hadisəni tərədən sürücü Kənan Abdullayevə 2 il 3 ay həbs cəzası verilib.Məhkəmənin qərarı ilə Kənan Abdullayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkir.

Sürücü hadisəni qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib. Ancaq Azərbaycanda bəzi fəallar, müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşırlar.

Bu müddət ərzində hüquq müdafiəçisi dörd dəfə əməliyyat olunub.

XS
SM
MD
LG