Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:03

OPEC və Rusiya hasilatın ixtisarı barədə razılığa gəldi


Səudiyyənin neft naziri Khalid al-Falih və Rusiyanın enerji naziri Aleksandr Novak (sağda)
Səudiyyənin neft naziri Khalid al-Falih və Rusiyanın enerji naziri Aleksandr Novak (sağda)

OPEC və Rusiya da daxil, dünyanın başqa aparıcı neft ixracatçıları hasilatın ixtisarı barədə razılaşmanı gələn ilədək uzatmaq barədə razılaşma əldə ediblər.

Hasilatın azaldılmasından başlıca məqsəd tələbatın zəif olduğu bir vaxtda nefti ucuzlaşmağa qoymamaqdır.

Rusiyanın enerji naziri Aleksandr Novak iyulun 2-də Twitter-də yazıb:

“Biz belə bir rəyə gəldik ki, birgə əməkdaşlığımızın 2020-ci ilin matınadək davam etdirilməsinə ehtiyac var. Biz habelə vəziyyəti hər ay yaxından monitorinq etmək barədə razılaşma əldə etdik”.

Yeni razılaşma köhnə sazişə uyğun olaraq hasilatın günə 1, 2 milyon barrel ixtisarının uzadılmasını nəzərdə tutur. Neft hasilatının ixtisarı əsas etibarilə OPEC ölkələrinin hesabına həyata keçirilir.

İyulun 2-də Vyanada, OPEC-in qərargahında keçirilən müzakirələrdə Meksika, Bəhreyn, Oman, Qazaxıstan və Azərbaycan da iştirak edirdilər. Hazırda dünyanın ən böyük neft ixracatçısı olan Birləşmiş Ştatlar bu müzakirələrə qoşulmur.

Novak deyib ki, neft bazarı hazırda sabitdir, lakin ticarət müharibələri və neft hasil edən ölkələrə qarşı sanksiyalar bu sabitliyi poza bilər.

Vaşinqton OPEC üzvü olan İrana qarşı sanksiyalar qoymaqla Tehranın neft hasilatını gündə cəmi 500 min barrelə endirə bilib.

Novak bunu da deyib ki, neft bazarında kasadlıq yarandığı təqdirdə ixracat artırıla bilər.

Lakin Səudiyyə Ərəbistanının enerji naziri Khalid al-Falih ümid etdiyini bildirib ki, neftə qlobal tələbat ilin ikinci yarısında yüksələcək və neft anbarlarındakı ehtiyat azalacaq.

Rusiyanın enerji naziri deyib ki, neftə tələbatın ilin ikinci yarısında günə 1. 1 milyon barreldən 1, 2 milyon barrelə yüksələcəyi gözlənilir.

Birləşmiş Ştatlar son illərdə neft hasilatını rekord səviyyədə artıraraq qlobal neft qiymətlərinin düşməsinə şərait yaradıb və bu, OPEC ölkələri üzərinə təzyiqi artırıb.

ABŞ-da neft hasilatı bu ilin aprelində günə 12 milyon barrelə çatıb. Rusiyanın gündəlik hasilatı 11 milyon, Səudiyyənin hasilatı isə 10 milyon barreldir.

***

Avstriyanın paytaxtı Vyanada OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 6-cı görüşü keçirilir. Bu barədə AZƏRTAC-ın iyulun 2-də yaydığı məlumatda deyilir.

Görüşdə neft istehsalının azaldılmasına dair sazişin vaxtının daha 9 ay uzadılması əsas müzakirə mövzusu olacaq.

Toplantıda Azərbaycanı Energetika naziri Pərviz Şahbazov təmsil edir.

İyulun 1-də OPEC və bəzi qeyri-OPEC ölkələri ilə neft hasilatının azaldılması ilə bağlı sazişin müddətinin 2020-ci il martın 31-dək qüvvədə olmasına dair razılıq əldə edilib.

2018-ci il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 5-ci görüşündə qərara gəlinib ki, neft hasilatı gündəlik 1,2 milyon barrel azaldılsın. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası cari ilin ilk yarısı üçün nəzərdə tutulmuşdu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG