Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Azərbaycan OPEC -in qərarına qoşuldu


İyunun 2-dә Vyanada keçirilәn toplantıda neft hasilatının azaldılmasına dair razılaşmanın daha 9 ay uzadılması ilə bağlı qərar qəbul edilib.

“Report”un məlumatına görə, tәdbirdә OPEC və qeyri-OPEC ölkələrinin “Əməkdaşlıq Xartiyası” da qәbul olunub. Azәrbaycan hәm Xartiyaya, hәm dә hasilatın azadılması qәrarına qoşulub.

Energetika naziri Pərviz Şahbazov Xartiyanı uzunmüddətli əməkdaşlıq mexanizmi kimi qiymәtlәndirib, onun neft istehsalçılarının maraqlarının qorunmasını və neft sənayesinə davamlı dəstəyi təmin edəcəyini bildirib.

Xatırlatma

2016-cı ililn fevral ayında Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) hasilatı sutkalıq 280 min barrel azaldıb.

XS
SM
MD
LG