Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:53

OPEC hasilatı azaldır: Rusiya razı, ABŞ narazıdır


Rusiyanın da daxil olduğu OPEC+ oktyabrın 5-də hasilatı kəskin azaltmaq barədə qərar qəbul edib

Rusiyanın da daxil olduğu OPEC+ oktyabrın 5-də hasilatı kəskin azaltmaq barədə qərar qəbul edib.

Reuters agentliyi yazır ki, ABŞ administrasiyası onsuz da sıx bazarda belə bir addımın atılmasını “uzağı görməzlik” adlandırıb.

OPEC-in de-facto başçısı Səudiyyə Ərəbistanı bildirir ki, hasilatın günə 2 milyon barrel azaldılması Qərbdə qalxmaqda olan uçot dərəcələrinə və daha zəif qlobal iqtisadiyyata zəruri reaksiyadır.

Günə 2 milyon barrel qlobal təchizatın 2 faizi qədərdir.

Zelenski: Ukrayna ordusu sürətlə irəliləyir
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Rusiya ilə sövdələşmə?

Səudiyyə qiymətlərin qaldırılması məqsədilə Rusiya ilə sövdələşməyə girdiyinə dair tənqidləri təkzib edib və bildirib ki, Qərb OPEC-i tənqid edərkən çox vaxt “zənginlik lovğalığından” çıxış edir.

Ağ Ev bildirib ki, prezident Co Bayden neftin qiymətini aşağı hədlərdə saxlamaq üçün strateji ehtiyatlardan bazara nə qədər neft buraxılmasının lazım olduğunu qiymətləndirir.

Ağ Ev bildirib:

"Prezident qlobal iqtisadiyyatın Putinin Ukraynaya müdaxiləsinin davam edən neqativ təsirləri ilə çarpışdığı bir vaxtda OPEC+ qrupunun bu uzağı görməyən qərarından, hasilat kvotalarını azaltmaq qərarından məyus olub”.

ABŞ-da aralıq seçkiləri ərəfəsində Baydenin reytinqi yüksələn inflyasiyaya görə düşüb və o ABŞ-ın yaxın müttəfiqi sayılan Səudiyyəni neft qiymətlərinin salınması üçün hasilatı artırmağa çağırmışdı.

Moskvanın gəlirlərini azaltmaq

ABŞ rəsmiləri bildirirlər ki, Vaşinqtonun neftin ucuzlaşmasını istəməsi onun Moskvanın neft gəlirlərini azaltmaq niyyətindən irəli gəlir.

Bayden bu il Ər-Riyada səfər etsə də krallığı enerji öhdəlikləri götürməyə əmin edə bilməmişdi.

Səudiyyənin Moskvanın Ukraynaya qarşı təcavüzünü pisləməməsi isə münasibətləri daha da gərginləşdirmişdi.

Reuters yazır ki, hasilatın ixtisarına dair oktyabrın 5-də Vyanada qəbul edilmiş qərar 120 dollardan 90 dollara düşmüş neftin qiymətini dirçəldə bilər.

Neftin ucuzlaşması adətən dolların bahalaşması ilə müşayiət olunur.

İxtisar elə də “kəskin” deyil

Reuters ekspertləri qeyd edirlər ki, hasilatın günə 2 milyon barrel azaldılması hazırkı hasilat rəqəmlərinə əsaslanır və buna görə də düşünüldüyü qədər də kəskin olmaya bilər.

Çünki avqust ayında OPEC+ qrupunun hasilatı hədəfdən günə 3.6 milyon barrel az olmuşdu.

Bu azalmaya səbəb isə Rusiya, İran və Venesuela kimi hasilatçıların üzərinə qoyulan Qərb sanksiyaları idi. Nigeriya və Anqolada da hasilatla bağlı problemlər yaşanmışdı.

Səudiyyə bildirir ki, bu səbəbdən də real ixtisar günə 1.0 - 1.1 milyon barrel olacaq.

Jefferies firmasının hesablamasına görə ixtisar günə 0.9 milyon barrel civarında ola bilər.

Goldman Sachs isə daha aşağı rəqəm – günə 0.4 - 0.6 milyon barrel proqnozunu verib.

Oktyabrın 5-də Brent markasından olan neftin qiyməti bir barrel üçün 93 dollara qalxıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG