Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:20

Tar müəllimini niyə işdən azad ediblər?


Tar musiqi aləti

“Bir az azad, sərbəst sözünü deyən adamları təhsil ocaqlarında qəbul etmirlər. Öz qərarım, öz əqidəm, öz fikrim varsa, məktəb rəhbərliyi üçün artıq təhlükəli qüvvə hesab olunuram. Və məktəb rəhbərlikləri mənimkimiləri məktəbdən uzaqlaşdırmaqla sanki zərəri özlərindən kənarlaşdırırlar”.

“DÜZ SÖZÜN GÜDAZINA GETDİM”

Ağakərim Kərimov 1970-ci illərdən tar tədrisi ilə məşğul olub. 1998-ci ildən Bakıdakı 3 saylı uşaq musiqi məktəbində tar sinifi üzrə müəllim kimi işə başlayıb. 2007-ci ildə məktəb direktoru tərəfindən işdən çıxarılıb.

Buna da bax:​ Xaçmazda bina qadağan olunmuş üzlüklə üzlənir

İllərdir ki, müəllim işdən qərəzli çıxarılması barədə aidiyyəti qurumlara, o cümlədən, prokurorluğa müraciət edir. Lakin iddiasına görə, müraciətləri obyektiv araşdırılmadığından hələ də işsiz qalıb:

“O məktəbin məzunları da, müəllimləri də yaxşı bilirlər ki, Ağakərim düz sözün güdazına gedib. Düzgünlük axtarması məktəb rəhbərliyinin xoşuna gəlməyib. Həmişə məktəbdəki əskiklikləri üzə deyən adam olmuşam. İşdən çıxarılandan sonra Maliyyə Nazirliyinə, Hesablama Palatasına yazdım ki, məktəbin maliyyə məsələlərini araşdırsınlar, o müraciətlərim də düzgün araşdırılmadı”.

Buna da bax:​ 'Göndəriş vərəqəsini aldılar, özümü yola saldılar'

DİREKTORA FƏXRİ AD VERİLİB

Ağakərim Kərimov direktordan prokurorluq orqanlarına və məhkəmələrə şikayət etdiyi arada bir də eşidib ki, prezident direktora “əməkdar müəllim” adı verib:

“Barəsində prokurorluqda araşdırma aparılan şəxsə fəxri ad veriləndə, başa düşdüm ki, düzgünlük axtarmaqda yanılmışam. Elə də oldu, nə prokurorluq, nə məhkəmə işə obyektiv yanaşmadı. Hara getdimsə, yolumu bağladılar”.

3 saylı uşaq musiqi məktəbindən AzadlıqRadiosu-na bildirilib ki, Ağakərim Kərimova 10 il əvvəl işə gecikmələrinə, iş planlarını vaxtında yazıb vermədiyinə görə dəfələrlə xəbərdarlıq olunub, bir neçə dəfə töhmət alıb, daha sonra işdən çıxarılması barədə əmr imzalanıb. Məktəb Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olduğundan əmri nazir Əbülfəs Qarayev imzalayıb.

Buna da bax:​ Səhv müalicələrə xərclədiyi pulları geri tələb edir

“HAKİM QƏRARI TƏLƏSİK OXUYUB QAÇDI”

Müəllimsə deyir, işdən çıxarılma haqqında əmrdən və nə vaxtsa barəsində 6 gün ərzində iki töhmət yazılmasından yalnız məhkəmədə xəbər tutub:

“Mən məhkəmədə də tələb etdim ki, əgər işə gecikmişdimsə, məndən izahat alınmalıydı, o izahatı gətirsinlər çıxartsınlar ortaya. Üstəlik də Mədəniyyət və Turizm nazirinin imzaladığı iddia olunan əmrdə nə imza, nə möhür yoxdur. Mən bunları hakimin diqqətinə çatdırdım, gözlərini döyə-döyə baxdı, axırda da iddiamın təmin olunmaması ilə bağlı qərarı tələsik oxuyub zaldan qaçdı”.

İndi keçmiş tar müəllimi yerli qurumlardan əlini üzüb xarici təşkilatlara və səfirliklərə müraciət etməyi düşünür.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG