Keçid linkləri

Təcili xəbərlər
2023, 06 Dekabr, çərşənbə, Bakı vaxtı 04:19

10 il həbslə üzləşən bank sahibi: “Heç şəxsi maşınım yoxdur”


Bakı Ağır Cinayətlər Məhkəməsi foto arxiv
Bakı Ağır Cinayətlər Məhkəməsi foto arxiv

Lisenziyası ləğv edilmiş “Atrabank”ın İdarə Heyətinin sədri Elmixan Nəbiyev-ə 10 il həbs cəzası verilə bilər. İyunun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror keçmiş bank rəhbərinə məhz həmin cəzanı təklif edib.

Eş Nəbiyev 8 milyon manatlıq mənimsəmə və israfda suçlanır. Prokurorun sözlərinə görə, ittiham məhkəmədə sübuta yetirilib. İddia edilir ki, “Atrabank”ın lisenziyasının ləğvinin qarşısını almaq üçün E.Nəbiyev qanunsuz addımlar atıb – münasibəti olan adamların adına, faktik mövcud olmayan müəssisələrə 8 milyon 145 min manatlıq kreditlər rəsmiləşdirib. Bu zaman güdülən bir məqsəd də Mərkəzi Bankın tələb etdiyi məcmu nizamnamə kapitalına malik olmaq görüntüsü yaratmaqmış.

“Alacağım 92 milyon, verəcəyim 16 milyon...”

Təqsirləndirilən E.Nəbiyev ittihamda yazılanlarla razılaşmır, özünü təqsirli bilmir. O, məhkəmədə deyib ki, "Atrabank” Açıq Səhmdar Cəmiyyəti 23 il fəaliyyət göstərib, heç bir qanun pozuntuna yol verməyib: “Bank bağlanılandan sonra barəmdə ittiham irəli sürüldü ki, guya yeyinti etmişəm. Bankın 99.3 faiz səhmdarı mənəm. Mən burada necə pul mənimsəyə bilərəm, axı? Bu gün bankdan alacağım 92 milyondur, verəcəyimsə 16 milyon. Bəs bu necə olur? Kimin pulunu yemişəmsə, gəlsin desin. Bankda 23 il ərzində qazandıqlarımdan kasıba əl tutmuşam, heç özümün şəxsi maşınım yoxdur".

“Bankdan 390 min dolları götürüb ona verdim...”

Bu iş üzrə məhkəmədə vəzifə sahibləri, şirkət rəhbərləri dindirildi. “Qaradağ Maşınqayırma Zavodu” ASC-nin rəhbəri Asif Bədəlov təsdiqləyir ki, "Atrabank”dan adına 390 min dollardan çox kredit götürülüb: "Tanışım Əkbər Məmmədovun bank rəhbərliyi ilə münasibətləri yaxşı idi. Onun xahişi ilə bankdan adıma 390 min dollardan çox kredit götürdüm. Sonra krediti zavodun adına sənədləşdirdik. Pulu bankın kassasından götürüb, Əkbər Məmmədova verdim, ödənişləri də özü edirdi".

CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələriylə syçlanan keçmiş bank rəhbəri iyulun 3-də məhkəmədə son sözünü deyəcək.

XS
SM
MD
LG