Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:35

Ombudsmanın nümayəndələri hərbi hissələrdə olublar


Azərbaycanda hərbi hissə, İllüstrasiya

Ombudsman Aparatının nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

Bu barədə bu gün, dekabrın 2-də Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Müdafiə Nazirliyi və İnsan hüquqları üzrə müvəkkilin birgə planına əsasən bu səfər gerçəkləşib.

“Ombudsman Aparatının nümayəndələri Fəzail Həsənov və Vüqar Heydərov hərbi qulluqçuların məişət şəraiti ilə tanış olublar. Hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.

Aparatın əməkdaşları əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, inzibati otaqlara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyəti ilə maraqlanıblar”, məlumatda vurğulanır.

Səfərlə bağlı, hələlik, Ombudsman Aparatının özü məlumat yaymayıb.

Buna da bax: Amerikan teleulduz Qarabağa getdi və...

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG