Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Azərbaycana insan haqlarını qoruya bilməyən Ombudsman lazımdırmı? (VIDEO)


Oqtay Gülalıyevi vuran sürücü AzadlıqRadiosuna bunları deyir
Gözlə

No media source currently available

0:00 0:09:58 0:00

Oqtay Gülalıyevi vuran sürücü AzadlıqRadiosuna bunları deyir

Azərbaycanda hökumət orqanları haqları pozanda, insan haqları müvəkilli- ombudsmanı həmin adamı qoruya bilirmi?

17 ildən bəri ilk dəfədir ki, Azərbaycanda ombudsman dəyişir.

Prezident İlham Əliyev üç yeni namizədi təqdim edib. Milli Məclis bugünlərdə onlardan birini seçməlidir.

82 yaşlı Elmira Süleymanova 2002-ci ildə seçilmişdi və ölkənin ilk insan haqları müvəkkili olmuşdu.

O, Bakı sakinlərinin yadında necə qalıb?

Ombudsman Elmira Süleymanova yadınızda necə qaldı?
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

Dəftərlərinə yazıb gediblər...

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu da deyir ki, bu ay həbsdə olarkən ona işgəncələr verilib, amma uzun illər ərzində olduğu kimi bu dəfə də Ombudsman Aparatının işçiləri ona yardım edə bilməyiblər:

“Gəliblər görüşüblər, mən də təfsilatı ilə danışmışam. Orda saxlanma şəraiti, rejim qaydaları ilə bağlı məlumat vermişəm, bunun düzgün olmadığı haqqında demişəm. Dinləyiblər, dəftərlərinə yazıblar, gediblər. Heç bir nəticəsi olmayıb”.

Ombudsman haqqında qanuna görə, insan haqları müvəkkilinin, yəni, ombudsmanın vəzifəsi budur ki, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslərin pozduğu insan haqlarını və azadlıqlarını bərpa etsin, hüquq pozuntularının qarşısını alsın.

Keçmiş məhbus Tofiq Yaqublu deyir ki, ombudsman institutunun gücü yoxdur ki, vətəndaşları siyasi hakimiyyətin, polisin basqılarından azad etsin. Onun sözlərinə görə, əslində heç ombudsmanın bu cür mövcudluğuna ehtiyac da yoxdur, institut ləğv olunsa belə cəmiyyət bundan nəsə itirməz.

İşgəncə məsələlərinə qarışmayan ombudsman

Milli Məclisin İnsan haqları komitəsinin üzvü, deputat Fazil Mustafa hesab edir ki, indiki müvəkkil Elmira Süleymanova bu postda kifayət qədər beynəlxalq əlaqələr qurub, Ombudsman Aparatının formalaşmasını təmin edib:

“Amma bütövlükdə bütün qurumlar qanuna lazımi səviyyədə əməl etməyəndə bir Ombudsman Aparatının gücü ilə ölkədə insan hüquqlarının təminatı mümkün deyil. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü kimi bizim də bir çox hallarda təsir göstərmək imkanlarımız geniş deyil. Bütövlükdə bir sıra bürokratik maneələri aşmaq problemi həmişə qarşımızda durur”.

Hüquq müdafiəçisi Rəsul Cəfərov isə deyir ki, Elmira Süleymanova ombudsman olduğu dövrdə heç işgəncə faktları ilə bağlı iddiaları da səsləndirmirdi. Onun sözlərinə görə, 2016-cı ildə ombudsman aparatı Qiyas İbrahim və Bayram Məmmədova qarşı işgəncə olduğunu inkar etmişdi, amma daha sonra BMT -nin müstəqil ekspertlər komitəsi belə bir işgəncənin olduğunu təsdiqləyib:

“İndiyə qədər xatırlamıram ki, Azərbaycan ombudsmanı hansısa işgəncə faktının qeydə alınmasında iştirak edib. Halbuki, ölkədə çoxsaylı işgəncə halları olub, o cümlədən, bu, Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə təsdiqlənib. Onlarla müraciət də Avropa İnsan Haqları Məhkəməsinə göndərilib”.

Ombudsman vəzifəsinə Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyevanın, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyevanın və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədlikləri irəli sürülüb.

Deputat Fazil Mustafa deyib ki, namizədlərin müzakirəsinin noyabrın 29-da keçiriləcəyi gözlənilir.

Azərbaycanda ombudsman yeddi illiyinə seçilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG