Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:05

Ombudsmana elektron müraciət


Foto illüstrasiya
Foto illüstrasiya

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsman) «Elektron hökumət» portalı üzərindən müraciət etmək imkanı yaradılıb.

Hər bir istifadəçi - Azərbaycan vətəndaşları, əcnəbilər, hüquqi şəxslər təklif, ərizə və şikayətləri ilə portal üzərindən ombudsmana elektron formada müraciət göndərə biləcəklər.

Bunun üçün portalda «İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman» təsisatının təqdim etdiyi «Ombudsman aparatına elektron müraciət» xidməti seçilir. Açılan pəncərədə istifadəçi qaydaları ilə tanış olub «Növbəti» düyməsini seçmək lazımdır.

Açılan səhifədə istifadəçi vətəndaşlıq statusunu - məsələn «Azərbaycan Respublikasının vətəndaşı» seçərək, şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN kodunu qeyd edəcək. Bundan sonra «Növbəti» düyməsini seçəcək.

Yeni səhifədə istifadəçi özü haqqında məlumatı qeyd edir. İlkin, yoxsa təkrar müraciət olduğunu seçir, mətnini yazıb, «Göndər» düyməsinin üzərinə vurmaqla şikayət, ərizə və təklifini ombudsmana ünvanlamış olur.

Xidmət qeydiyyatsızdır. Ancaq göndərilmiş müraciətin tarixçəsinə baxmaq üçün təqdim olunan audentifikasiya vasitələrinin birindən istifadə edərək, portaldan qeydiyyatdan keçmək tələb olunur.

Azərbaycanda Ombudsman Aparatı 2002-ci ildən yaradılıb. Cəmiyyətdə bu quruma ikili münasibət var. Hakimiyyət orqanları ilə bu qurumun indiyə kimi hər hansı bir problemi yaşanmayıb. Müxalifət qüvvələri, bəzi hüquq müdafiəçiləri isə Aparatı ciddi tənqid edirlər. Onlar deyillər ki, bu qurum 10 ildən çox fəaliyyət göstərsə də, bir dəfə belə işgəncə hallarını qeydə almayıb. Halbuki ölkə təcridxanalarında işgəncə iddiaları ilə bağlı çoxsaylı şikayətlər var.

XS
SM
MD
LG