Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:42

Rusiyada həbsdə olan ukraynalı rejissor Oleg Sentsova dəstək aksiyaları davam edir (VİDEO)


Ikinci Gündür ki, dünya üzrə Rusiyada hbsdə olan ukraynalı rejissor Oleg Sentsova dəstək aksiyaları keçirilir.

Rusiyada mühakimə olunan rejissor 20 gündür ki, aclıq edir. O, Rusiyada həbsdə olan 64 ukraynalı siyasi məhbusun azad olunmalarını tələb edir.

Oleg Sentsov 2018-ci il mayın 14-dən aclıq elan edib.

Rusiya məhkəməsi 2015-ci il avqustun 25-də Sentsovu 20 il azadlıqdan məhrum edib.

Oleg Sentsov hazırda Rusiyanın şimalındakı Yamalo-Nenets muxtar dairəsindəki həbsxanada saxlanılır.

Ukraynalı rejissor Oleg Sentsovun saxlandığı həbsxana
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

Bu videonu, AzadlıqRadiosunun "Nastoyaşee Vremya" TV layihəsinin əməkdaşları çəkib.

Rusiya məhkəməsi onu, Moskvanın 2014-cü ildə işğal elədiyi Krım yarımadasında terrora hazırlaşmaqda təqsirli bilib.

Rejissor ittihamı rədd edir.

Hüquq müdafiəçiləri də ittihamı qondarma hesab edirlər.

Buna da bax: "Rus yazıçıları rejissoru müdafiə etməyən PEN-mərkəzi kütləvi tərk edir"

#SaveOlegSentsov aksiyası iyunun 1-dın başlanıb.

Ukrayna ilə yanaşı Kanada, Avstraliya,Fransa, İtaliya, Belçika,Polşa,Latviya, Rusiya, Gürcüstan, və İsrail də daxil olmaqla dünya ölkələrində rejissora dəstək aksiyaları keçirilib.

Tel-Əvivd Sentsova dəstək aksiyası
Tel-Əvivd Sentsova dəstək aksiyası

Həmçinin cümə günü Avropa parlamentində Sentsova dəstək olaraq flaşmob keçirilib.

Aksiyada Deputatlar və Ukraynanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvləri iştirak ediblər.

Dünyanın başqa şəhərlərində də bu cür aksiyalar planlaşdırılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG