Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 02:16

Rus yazıçıları rejissoru müdafiə etməyən PEN-mərkəzi kütləvi tərk edir


Rus bloqqer və jurnalist Sergey Parkhomenko.

Rus naşiri, jurnalist və bloqqer Sergey Parkhomenko-nun Rus PEN-mərkəzindən “provakativ fədaliyyətə” görə uzaqlaşdırılması rusdilli yazıçılar arasında etiraza səbəb olub. Parchomenko-nun təşkilatdan çıxarılmasına cavab kimi Nobel mükafatı laureatı Svetlana Alexievich, yazıçı Boris AkuninAlexandr İlichevsky, həmçinin şair Lev Rubinshtein də PEN-mərkəzdən istefa verdiklərini bildiriblər.

Sergey Parkhomenko özü təşkilatdan xaric edilməsini Krımda terrorçu fəaliyyətlə ittiham olunaraq uzunmüddətli həbsə məhkum edilmiş ukrayna mənşəlli rus rejissor və yazar Oleg Sentsov-u müdafiə edən bəyanatın yayılmasıyla bağlı PEN-mərkəzə müraciəti və mərkəzin bundan boyun qaçırmasıyla izah edir. Belə ki, bloqqer bundan bir neçə gü sonra “Exo-Moskva” saytında yazdığı köşəsində PEN-mərkəzi sərt tənqid etmişdi. Xatırladaq ki, həbs olunmuş rejissor Sentsovun müdafiəsinə rejissorlar Pedro Almodovar, Kshishtof Zanussi, Aki Kaurismyak və aktyor Johnny Depp və başqaları də qalxmışdılar.

Buna da bax: A. Sokurov: Beş il əvvəl Rusiyada düşündüyümü deyə bilirdim, ancaq indi...

Aktyor Johnny Depp Krımda həbs olunmuş rejissor Oleg Sentsovun müdafiəsi üçün iştirak etdiyi flashmob.
Aktyor Johnny Depp Krımda həbs olunmuş rejissor Oleg Sentsovun müdafiəsi üçün iştirak etdiyi flashmob.

Rusiya PEN-mərkəzi əvvəlcə rejissor Senchovun taleyi üçün narahat olduğunu bildirsə də sonradan yaydığı bəyanatda bildirib ki: “Biz Rus PEN-mərkəzi olaraq “seçilmiş” şəxsləri, yerli, xarici destruktiv qüvvələrin göstərişi ilə müdafiə etmirik və etmək də istəmirik”.

PEN-mərkəz 2016-cı ilin 28 dekabrında çıxardığı qərarla Sergey Parkhomenkonu təşkilatdan xaric etdikdən sonra 2017-ci ilin yanvarından etibarən təşkilatdan istefalar bir-birini izləməyə başlayıb.

Baş verən hadisəylə bağlı təşkilatın 47 üzvü açıq məktubla Rus PEN-mərkəzin qərarını pisləyərək onu “utancverici” adlandırıblar.

Buna da bax: Rusiyada incəsənət sahəsində senzura müzakirələri bitib-tükənmir

Xatırladaq ki, bundan öncə müxtəlif illərdə Rus PEN-mərkəzindən Vladimir Voynovich, Lyudmila Ulichkaya, Victor Shenderovich, Sergey Gandlevskiy, Vladimir Mirzoev və s. kimi böyük yazıçılar tərk ediblər. Təşkilatı bu günlərdə tərk etmiş Svetlana Alexievichin sözlərinə görə təşkilatda daima “qara qüvvələrlə proqressivlərin” mübarizəsi gedir:

“Mən PEN-mərkəzin əsasını qoyanların irəli sürdüyün ideaların tərəfdarıyam, axı biz təkcə yazmırıq həm də xeyrə xidmət edirik” – deyə yazıçı Azadlıq Radiosunun Belorus xidmətinə müsahibəsində bildirib – "Bütün bu baş verənlərə səbəb Oleg Senchovun müdafiəsi məsələsidir. Təşkilatın rəhbərliyi onun müdafiəsi ilə bağlı heç bir sənəd imzalamam və sakitcə hökümətdən bu haqda xaişlər etmək istəyir” – deyə Alexievich fikrlərini yekunlaşdırıb".

XS
SM
MD
LG