Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Almaniyanın yeni kansleri and içib


Olaf Şolts
Olaf Şolts

SPD “işıqfor” koalisiyasına rəhbərlik edəcək

Olaf Şolts dekabrın 8-də Berlində prezident sarayında qısa andiçmə mərasimindən sonra Almaniyanın 9-cu kansleri vəzifəsinin icrasına başlayıb.

63 yaşlı Şolts sol mərkəzçi koalisiyaya rəhbərlik edəcək. Ondan öncə Angela Merkel Avropanın ən böyük iqtisadiyyatını 16 il idarə edib.

“İşıqfor” koalisiyası

Şolz isə Merkelin hakimiyyəti dövründə maliyyə naziri və vitse-kansler idi. Sentyabrın 26-da onun Sosial Demokratları (SPD) gözlənilməz qələbə qazanaraq mühafizəkar Xristian Demokratları son 16 ildə ilk dəfə müxalifətə keçirib.

SPD “işıqfor” koalisiyasına rəhbərlik edəcək. Koalisiya bu adı ona daxil olan partiyaların – ətraf mühitçi Yaşıllar, biznesyönlü Azad Demokratların rənglərinə görə alıb.

İdeologiya və siyasət fərqlərinə baxmayaraq, yeni koalisiya iqtisadiyyatı yaşıllaşdırmağı, rəqəmsallaşmanı sürətləndirməyi, mənzillə təminatda problemlərin həllini, minimum əməkhaqqını qaldırmağı, marixuananı leqallaşdırmağı hədəfləyir.

Planlar

Yeni hökumət həmçinin immiqrasiya və vətəndaşlıq qanunlarına yenidən baxmağı, ikili vətəndaşlığa icazə verməyi, Almaniya pasportu almağı sadələşdirməyi planlaşdırır. Sığınacaq müraciəti rədd edilmiş, amma inteqrasiya olunanların Almaniyada daimi qalmasına yeni imkanlar açılacaq, qaçqınların ailə üzvlərinə qovuşması qaydaları genişləndiriləcək.

Yeni hökumətin işə başladığı ilk günlər koronavirusla mübarizə əsas məsələ olacaq. Ölkədə yoluxmalar artır, yeni qadağalar tətbiq edilir.

“Pandemiya ilə üzləşdiyimiz bir vaxtda hər şeyi yenidən başlamalıyıq, hökumətin qarşısında duran tapşırıqlar bunlardır”, – Şolts dekabrın 6-da reportyorlara deyib.

Şolts fevralın əvvəlindən almaniyalılar üçün vaksinin məcburi olmasını dəstəkləyir. Amma əvvəlcə bu qanunu Bundestaq təsdiqləməlidir. Hazırda əhalinin cəmi 68.5 faizi tam peyvəndlənib.

XS
SM
MD
LG