Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 21:22

Xanımı: ‘Oktayın vəziyyəti hələ ki, ağır olaraq qalır’


Oktay Gülaliyev, 4 fevral 2010

F.Gülaliyeva: “ Oktayın vəziyyəti hələ ki, ağır olaraq qalır”

“Hazırda, Oktayın sağlıq durumu çox ağırdır və həkimlərin deməsinə görə, birinci dərəcəli koma vəziyyətindədir”.

Bunu AzadlıqRadiosuna Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicəsi davam edən hüquq müdafiəçisi Oktay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

Onun sözlərinə görə, Neyrocərrahiyyə Xəstəxanasında həkimlər əllərindən gələni əsirgəmirlər, amma ərinin vəziyyəti, hələlik, ağır olaraq qalır.

Oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurub.

Şahidlərin sözlərinə və sosial şəbəkələrdə yayılan video görüntülərə görə, hadisə Gülalıyev yolu keçərkən baş verib. Məlumatlara görə, qəza baş verəndən sonra avtomobil sürücüsünün özü Oktay Gülalıyevi xəstəxanaya çatdırıb.

Yaxınlarının AzadlıqRadiosuna verdikləri məlumata görə, hüquq müdafiəçisi 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib və müayinədən keçirilib.

"MRT-dən keçirilib, həkimlərin sözlərinə görə, başından xəsarət alıb. Müayinələr davam etdirilir. Hazırda həkimlərin nəzarətindədir", yaxınları deyib.

Hüquq müdafiəçisi əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib.Sonradan «City Hospital»a köçürülüb və oktyabrın 30-da orada əməliyyat olunub. Daha sonra isə yaxınları onu Neyrocərrahiyyə Klinikasına aparıblar.

Oqtay Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur.

O həmin gün, oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitənin “İşgəncələrə son qoyulsun!” adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.

Hakimiyyət rəsmiləri isə saxlanma yerləri və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı şikayətləri, əsasən, əsassız sayırlar. Onların demələrinə görə, belə şikayətlər həqiqəti əks etdirmir və qərəzli olur.

Xatırlatma

Oqtay Gülaliyev 2012-ci il aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində monitorinq apararkən saxlanıb və inzibati qaydada 12 sutka həbs cəzası almışdı.

Həmin ayın 19-da isə ona qarşı Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaş) maddəsi ilə cinayət işi açılmışdı.

Sabirabad Rayon Məhkəməsi Gülalıyev barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib.

Aprelin 20-də onu Bakıya - 3 saylı Şüvəlan İstintaq Təcridxanasına gətiriblər. İyunun 13-də isə azadlığa buraxılıb. Oqtay Gülalıyevin dediyinə görə, azadlığa buraxılsa da, uzun müddət cinayət işi ləğv edilməyib.

Oktay Gülalıyevin son durumu necədir?
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG