Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 21:50

“Heç nədən qorxmuram və hesab edirəm ki, mənim vəzifədə olarkən pozuntulara yol verməm barədə xəbərlər fərziyyədir”.

Bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan, ona qarşı cinayət işi açılmasının mümkünlüyü ilə bağlı AzadlıqRadiosu Ermənistan xidmətinin sualını cavablandırarkən deyib.

Məlumatlara görə, Ohanyanın adı ifşa olunmuş silahlı qurupla da əlaqələndirilə bilər.

Amma keçmiş nazir deyir ki, nə vaxtsa hansısa problem olubsa, bunu onda qaldırardılar, indi yox.

Qeyd edək ki, aprelin 2-də keçiriləcək parlament seçkisinə birlikdə gedən “Ohanyan-Raffi-Oskanyan” blokunun seçki siyahısına keçmiş müdafiə naziri başçılıq edir.

Seyran Ohanyan, Vardan Oskanian və Faffi Hovhannisian
Seyran Ohanyan, Vardan Oskanian və Faffi Hovhannisian

Hədəfin məhz nəyə görə Ohanyan olduğuna gəldikdə keçmiş nazir deyib ki, onların bloku nəzarət altında olmayan, sərbəst, ideya və xalqın maraqları əsasında hərəkət edən yeganə qüvvədir və fəaliyyətlərini sonadək davam etdirəcəklər.

Xatırladaq ki, keçmiş müdafiə naziri Seyran Ohanyan

2016-cı il aprelin 2-5-i arası Dağlıq Qarabağdakı cəbhə xəttində gedən döyüşlərdən az sonra vəzifədən kənarlaşdırılıb.

Həmin döyüşlərdə hər iki tərəf onlarla itki verib. Azərbaycan və Ermənistan hakimiyyəti bir-birini atəşkəsi pozmaq, münaqişəni qızışdırmaqda ittiham edir.

Azərbaycan prezidenti İlham Əliyev həmin döyüşlərdə 2 min hektar ərazinin işğaldan azad edildiyini deyir.

Ohanyan bundan sonra siyasi fəaliyyətə başlamaq və qarşıdan gələn parlament seçkisində mübarizə aparmaq qərarına gəldi.

İndi o, seçkiyə keçmiş xarici işlər nazirləri Vardan Oskanyan və Raffi Hovannisianla bir blokda gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG