Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:44

Ohanian Petrossian-a cavab verir


Seyran Ohanian
Seyran Ohanian

Bu günlərdə fəal siyasətə qayıdaraq növbəti parlament seçkilərinə qatılmaq niyyətini bəyan etmiş Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanian dekabrın 27-də Facebook səhifəsində Qarabağ münaqişəsinin həlli ilə bağlı öz yanaşmasını təqdim edib.

«KÖKÜNDƏN YANLIŞDIR»

«Artsax (erməni separatçıları Qarabağa bu adı qoyublar) problemi Ermənistan dövlətçiliyinin inkişafına maneə deyil, tam əksinə. Qarabağ problemi ən tez zamanda həll edilmədən Ermənistanın inkişafa qadir olmaması fikri kökündən yanlışdır, yaxud da səmimi yanılmadır. Bu yanaşma nəinki reallıqdan uzaqdır (münaqişənin donmuş vəziyyətdə olduğu uzun illər ərzində bizim həm ikirəqəmli iqtisadi artım göstəricilərimiz olub, həm də immiqrasiya qeydə alınıb), həm də sadəcə, danışıqlar prosesində Ermənistanın mövqelərini zəiflədir», – deyə S.Ohanian yazıb.

Buna da bax-'Döyüşkən ritorikası olsa da, İlham Əliyev rasional dövlət xadimidir'

Keçmiş müdafiə naziri həmçinin bildirib ki, Qarabağ məsələsində erməni tərəfinin birtərəfli güzəştləri Ermənistana əlverişsiz şərait yaradacaq. «Qarabağ məsələsində birtərəfli güzəştlər, yaxud tələsik və əsassız kompromislər sülhü təmin etməyəcək, müharibənin bərpası ehtimalını artıracaq. Bu halda biz hərbi nöqteyi-nəzərdən əlverişsiz durumda qalacağıq», – o vurğulayıb.

Qarabağ münaqişəsi ən tez zamanda nizama salınmadan Ermənistan və Qarabağın inkişaf edə bilməyəcəyi barədə fikri iki həftə öncə Ermənistanın birinci prezidenti Levon Ter-Petrossian səsləndirmişdi. O həmçinin demişdi ki, ərazilərin bir hissəsini güzəştə getməklə qalan hissəsini qoruyub saxlamaq olar; əks halda, hər şeyi itirmək təhlükəsi var.

Levon Ter-Petrossian
Levon Ter-Petrossian

«SİYASİ KARYERASINI BİTMİŞ SAYMAQ OLAR»

Seyran Ohanian-ın bəyanatına münasibət bildirərkən Ter-Petrossian-ın mətbuat katibi Arman Musinian dekabrın 27-də belə deyib: «Seyran Ohanian hesab edir ki, Qarabağ münaqişəsi nəinki Ermənistanın inkişafına maneə deyil, hətta erməni millətinin başına düşmüş xoşbəxtlikdir. Onun sözləri o dərəcədə qeyri-ciddi və reallıqdan uzaqdır ki, biz onları şərh etməyi lazım bilmirik. Əgər Seyran Ohanian seçki mübarizəsinə bu «xilasedici» platformayla gedirsə, elə bu gündən onun siyasi karyerasını bitmiş saymaq olar».

Buna da bax-Tofiq Zülfüqarov: Ter-Petrossian daha təhlükəli rəqibdir...

Ancaq bununla yanaşı, Seyran Ohanian münaqişənin danışıqlar və qarşılıqlı razılaşma yolu ilə nizamlanmasına inanır. O bunu yalnız Azərbaycanın öz aqressiv siyasətindən imtina edəcəyi halda mümkün sayır. Keçmiş müdafiə naziri vurğulayır ki, Ermənistan və Dağlıq Qarabağın təhlükəsizliyinin, habelə mövqelərin gücləndirilməsi üçün danışıqlarda rəqabətədavamlı iqtisadiyyat yaratmaq lazımdır. «Ölkəmiz hazırkı iqtisadi münasibətlər tələsindən çıxmalı və sabit iqtisadi inkişafa malik olmalıdır. Ölkədə dözümlülük və ədalətli rəqabət mühiti, həyatın bütün sahələrində inkişaf bərqərar olmalıdır. Əsl səslərlə legitimləşmiş, ictimai etimada malik hakimiyyət qurulmalıdır», – deyə Ohanian bildirib.

«TƏZƏ BİR ŞEY DEMƏYİB»

Keçmiş müdafiə nazirinin Facebook-da paylaşdığı bu fikirlərə cavab olaraq hakim Respublika Partiyasının rəsmilərindən biri Hovannes Sahakian bildirib: «Cənab Ohanian təzə bir şey deməyib. Bu barədə hamı, o cümlədən biz də danışmışıq. Hakimiyyətin rəqabət və ədalət prinsipləri əsasında formalaşdırılması barədə, çıxılmaz iqtisadi durumdan qurtulmaq barədə. Yəqin ki, o, Türkiyə ilə sərhədi, yaxud... blokadanı nəzərdə tutur. Düşünürəm ki, bizim üçün bütün fikirlər qəbuledilən və aydındır. Hər birimiz, sadəcə, anlamalıyıq ki, xalqla, ictimaiyyətlə, vətəndaşla, hər biri ilə fərdi iş aparılmalıdır. Bu gün biz də elə bunu edirik».

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG