Keçid linkləri

2026, 01 İyun, bazar ertəsi, Bakı vaxtı 14:04

72 yaşında meşədən odun daşımağa məcburdu

İllüstrasiya (Arxiv)
İllüstrasiya (Arxiv)

►“Yayın cırhacırında, qışın şaxtasında meşəyə gedirəm, uşaqlar da, mən də kürəyimizə çır-çırpı, odun şəlləyib qayıdırıq"

"Adətən odun yığmağa həyat yoldaşımla gedərdim. Bu qışı xəstə yatdı. Meşədən odun, çır-çırpı gətirməyimə nəvələrim köməkçi oldu”.

Şabranın Əmirxanlı kəndi rayon mərkəzinin 12 kilometrliyində yerləşir. 500-dən çox fərdi evin olduğu kəndə ilk dəfə 1986-cı ildə mavi yanacaq verilib.

1993-cü ildə qaz verilişi dayandırılıb. Kəndə yaxın yerdə meşəlik ərazi var ki, kənd sakinləri evlərin qızdırılması üçün həmin meşənin ağaclarından istifadə edir. Onlardan biri də 72 yaşlı Əsmətxanım Qəribovadır.

“KASIB ƏZİYYƏTSİZ YAŞAYA BİLMƏZ”

Deyir, yay-qış üç azyaşlı nəvəsini də yanına alıb yaxınlıqdakı meşəyə çır-çırpı yığmağa gedir:

“3 uşaq, xəstə həyat yoldaşım, əlil oğlum – bunların canını qızdırmaqdan ötrü bu yaşda meşə yolunda qalmışam. Yayın cırhacırında, qışın şaxtasında meşəyə gedirəm, uşaqlar da, mən də kürəyimizə çır-çırpı, odun şəlləyib qayıdırıq”.

Əsmətxanım xala deyir, böyük oğlu həyatdan köçəndən atasız qalan üç nəvəsini özü ilə meşəyə odun gətirməyə aparır, bununla da onları az yaşından zəhmətə alışdırır:

“Alışsınlar... Bilsinlər ki, bu ölkədə kasıb əziyyətsiz yaşaya bilməz”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

ÇANTADA ODUN PARÇASI

Sakin deyir, kənd məktəbində də odun sobasından istifadə olunur. Nəvəsini məktəbə yollayanda çantasına dəftər- kitabla yanaşı odun parçası da qoyur.

Kənddə çoxunun odun almağa imkanı yoxdur. Kənd sakini Adil Səfərov müəllimdir. Deyir, kömür baha, “solyarka”dan istifadə etmək olmur. Gücləri yalnız meşədən odun daşımağa çatır:

“Ölkə başçısı İlham Əliyev hələ 2009-cu ildə regionların sosial-iqtisadi inkişafı dövlət proqramını təsdiqləyib. Ancaq bu günədək kəndimizdə qaz yoxdur. Elə kəndlər var ki, neçə ildir qaz xətti çəkilib, ancaq bircə dəfə də qaz verilməyib. Yəni, bu da bir oyundur. Sadə kəndlinin başında sınan oyun... Azərbaycanın yeraltı sərvəti olan təbii qazın yarısını satırlar, yarısını peşkəş eləyirlər. Bizimlə isə oyun oynayırlar”.

70-80 FAİZ NORMALDIR

Şabran rayon icra hakimiyyətin başçısının Əmirxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cəsarət Xəlilov deyir, kənddə əvvəl çəkilən qaz xətlərinin 70-80 faizi normal vəziyyətdədir. Kənd sakinləri də dəfələrlə mavi yanacağın verilməsi üçün aidiyyəti qurumlara müraciət edib.

Qaz xətlərinin çəkilişi və kəndlərin mavi yanacaqla təminatı mərhələli şəkildə həyata keçirilir.

Xaçmaz regional qaz istismar idarəsindən “Qaynar xətt”ə deyilənə görə, ötən il Şabranda 28 kənd və rayon mərkəzi də daxil olmaqla, azı 80 faiz abonent mavi yanacaqla təmin olunub. İdarədən bildirilib ki, tezliklə Əmirxanlıya da təbii qaz veriləcək.

Buna da bax: Başqa ölkələrdə Novruz necə qeyd edilir- [Fotolar]

Başqa ölkələrdə Novruz necə qeyd edilir- [Fotolar]

Novruzdan bir neçə gün əvvəl qeyd edilən Amal Mayram üçün qurulan çadırlar. Qazaxıstanın Mangystau bölgəsi
1/17 Novruzdan bir neçə gün əvvəl qeyd edilən Amal Mayram üçün qurulan çadırlar. Qazaxıstanın Mangystau bölgəsi
İranda, Əfqanıstanda və Orta Asiya ölkələrində də Novruz bayramı təntənə ilə qeyd edilir.
Mangystau-da Amal Mayram-da açılan süfrə
2/17 Mangystau-da Amal Mayram-da açılan süfrə
İranda, Əfqanıstanda və Orta Asiya ölkələrində də Novruz bayramı təntənə ilə qeyd edilir.
Mangystau-da Amal Mayram-da hazırlanan yeməklər. 
3/17 Mangystau-da Amal Mayram-da hazırlanan yeməklər. 
İranda, Əfqanıstanda və Orta Asiya ölkələrində də Novruz bayramı təntənə ilə qeyd edilir.
Düşənbə, Tacikistan
4/17 Düşənbə, Tacikistan
İranda, Əfqanıstanda və Orta Asiya ölkələrində də Novruz bayramı təntənə ilə qeyd edilir.
Tacikistanda Novruz bazarlığı
5/17 Tacikistanda Novruz bazarlığı
İranda, Əfqanıstanda və Orta Asiya ölkələrində də Novruz bayramı təntənə ilə qeyd edilir.
Daşkənd
6/17 Daşkənd
İranda, Əfqanıstanda və Orta Asiya ölkələrində də Novruz bayramı təntənə ilə qeyd edilir.
Tehran.
7/17 Tehran.
İranda, Əfqanıstanda və Orta Asiya ölkələrində də Novruz bayramı təntənə ilə qeyd edilir.
Tehran. Adətən Novruz süfrəsinə qoyulan akvarium üçün qızılbalıq
8/17 Tehran. Adətən Novruz süfrəsinə qoyulan akvarium üçün qızılbalıq
İranda, Əfqanıstanda və Orta Asiya ölkələrində də Novruz bayramı təntənə ilə qeyd edilir.
Tehran
9/17 Tehran
İranda, Əfqanıstanda və Orta Asiya ölkələrində də Novruz bayramı təntənə ilə qeyd edilir.
Tehran
10/17 Tehran
İranda, Əfqanıstanda və Orta Asiya ölkələrində də Novruz bayramı təntənə ilə qeyd edilir.
Tehran
11/17 Tehran
İranda, Əfqanıstanda və Orta Asiya ölkələrində də Novruz bayramı təntənə ilə qeyd edilir.
 Tehran
12/17  Tehran
İranda, Əfqanıstanda və Orta Asiya ölkələrində də Novruz bayramı təntənə ilə qeyd edilir.
Əfqanıstan - Kabildə Novruz süfrəsi üçün satılan balıqlar...
13/17 Əfqanıstan - Kabildə Novruz süfrəsi üçün satılan balıqlar...
İranda, Əfqanıstanda və Orta Asiya ölkələrində də Novruz bayramı təntənə ilə qeyd edilir.
Kabil-də Novruz təamlarından
14/17 Kabil-də Novruz təamlarından
İranda, Əfqanıstanda və Orta Asiya ölkələrində də Novruz bayramı təntənə ilə qeyd edilir.
Əfqanıstan - Kabildəki Novruz şənlikləri zamanı oyuncağı ilə oynayan qız
15/17 Əfqanıstan - Kabildəki Novruz şənlikləri zamanı oyuncağı ilə oynayan qız
İranda, Əfqanıstanda və Orta Asiya ölkələrində də Novruz bayramı təntənə ilə qeyd edilir.
Əfqanıstanda Novruz şirniyyatının satışı
16/17 Əfqanıstanda Novruz şirniyyatının satışı
İranda, Əfqanıstanda və Orta Asiya ölkələrində də Novruz bayramı təntənə ilə qeyd edilir.
Əfqanıstan - Kabild' .eyx Sahib Türbəsi ətrafına toplaşan əfqanlar Novruzu qeyd edirlər.
17/17 Əfqanıstan - Kabild' .eyx Sahib Türbəsi ətrafına toplaşan əfqanlar Novruzu qeyd edirlər.
İranda, Əfqanıstanda və Orta Asiya ölkələrində də Novruz bayramı təntənə ilə qeyd edilir.
Öncəki slayd
Növbəti slayd

This item is part of
XS
SM
MD
LG