Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:32

Yarım milyon manatı oğurlamaq üçün qohumlar birləşib...


"Odlar Yurdu" universiteti.
"Odlar Yurdu" universiteti.

Keçmiş deputat, "Odlar Yurdu" Universitetinin rektoru Əhməd Vəliyevin oğlunun seyfindən 500 min manata yaxın oğurluğa görə həbs olunanlara toplam 44 il 6 ay həbs cəzası verilib.

Zərərçəkən Münir Vəliyev "Odlar Yurdu"nun prorektorudur. Cəzalananlar arasında daha uzun müddət həbsə məhkum edilən Vüqar Vəliyev həmin universitetdə hərbi və mülki müdafiə şöbəsinin müdiri çalışıb.

Buna da bax:​ 'Mənə demişdi semestr imtahanları dövründə seyfdə yaxşı pul olur'

Tamah qohumları birləşdirib?

İttihama görə, Münir Vəliyevin seyfindən 429 min 172 manat oğurlanıb və oğurluğun təşkilatçısı Vüqar Vəliyev olub. O, qaynı Sübhan Əkbərova universitetdə semestr imtahanları dövründə əmisioğlunun seyfində xeyli pul olduğunu deyərək onu oğurluğa sövq edib. Sübhan Əkbərov da dostları Pərviz, Həzrət və Raminlə birgə həmin seyfdəki pulları oğurlayıblar.

Vüqar Vəliyev ittihamda yazılanları yalanlayır. O, martın 28-də son sözündə də günahsız olduğunu bildirərək deyib ki, nə qaynının hərəkətlərindən, nə də oğurluqdan xəbəri olub. Beləcə, məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.

Buna da bax:​ Prorektorun yarım milyonunu öz əmisi oğlu oğurlatdırıb?

“Planı yeznəm hazırlayıb”

Oğurluğu etiraf edən Sübhan Əkbərov yeznəsinin əleyhinə danışıb və planı Vüqar Vəliyevin cızdığını söyləyib.

Rasim Sadıqovun sədrlik etdiyi hakimlər kollegiyası cəzanı müəyyənləşdirərkən, Sübhan Əkbərovun oğurluqdan ona çatan pulları qaytardığını nəzərə alıb.

Hökmə əsasən, Sübhan Əkbərova - 7 il, Pərviz Quliyev, Həzrət Məmmədov və Ramin Abbasovun hər birinə - 9 il, Vüqar Vəliyevə - 10 il 6 ay həbs cəzası kəsilib.

Buna da bax:​ Qız qaçırmağa gəlmişdilər, əvəzində seyf qaçırdılar...

Cinayət Məcəlləsinin 194-cü (cinayət yolu ilə əldə edildiyini bilə-bilə, puldan və ya əmlakdan istifadəetmə) maddəsi ilə suçlanan daha iki nəfər - Mirsənan Seyidov - 1500, Fərahim Baxışovsa 2500 manat cərimələnib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG