Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 04:48

Barack Obama: 'Suriyada baş verənlərə İran və Rusiya məsuliyyət daşıyır'


Barack Obama, 16 dekabr 2016

Suriya prezidenti Bashar Assad və onu dəstəkləyən Rusiya və İran Suriyada dinc sakinlərin qətlinə görə məsuliyyət daşıyır, ABŞ prezidenti Barack Obama dekabrın 16-da keçirdiyi sonuncu mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Suriyada dəfələrlə dinc sakinlər qətlə yetirilib və “beynəlxalq hüquq pozulub”.

Obama deyib ki, Suriya şəhərlərinə humanitar yardımın çatdırılması və humanitar faciədə günahkar olanların məsuliyyətə cəlb olunması üçün imkanlar axtarılacaq.

ABŞ prezidenti vurğulayıb ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. O söz verib ki, BMT-nin Baş Assambleyasında buna nail olmağa çalışacaq.

Obama qeyd edib ki, Suriyaya görə məsuliyyət hiss edir, ancaq müxtəlif səbəblərə görə, ora quru qoşun göndərmək mümkün deyil. Buna görə də prezident Hələbə beynəlxalq müşahidəçilərin nəzarəti altında sakinlərin evuakasiyası ideyasını dəstəkləyir.

XS
SM
MD
LG