Keçid linkləri

2025, 17 Fevral, Bazar ertəsi, Bakı vaxtı 12:27

Bakı ‘həyat keyfiyyətinə’ görə 226 şəhər arasında 198-ci olub


Dünyanın ən böyük məlumat banklarından biri olan Numbeo araşdırma mərkəzinin “Həyat keyfiyyəti 2019” (Quality of Life 2019) indeksində Azərbaycan paytaxtı 227 dünya şəhəri arasında 198-ci yeri tutub.

Bu indeksin tərtib edilməsi zamanı alıcılıq qabiliyyəti, təhlükəsizlik, səhiyyə xidməti, yaşayışın qiyməti, ev qiymətlərinin gəlirlərə nisbəti, nəqliyyata sərf olunan vaxt, havanın təmizliyi və iqlim kimi faktorlar nəzərə alınır.

Vilnüs şəhəri
Vilnüs şəhəri

Keçmiş sovet məkanında yaşayışın ən keyfiyyətli olduğu şəhər kimi Litvanın paytaxtı Vilnüs müəyyən edilib. Vilnüs bu indeksdə 99-cu pilləni tutub.

Vilnüs yaşayışın rahatlığı və keyfiyyətinə görə Brüssel (111), Madrid (112), Seul (124), Nyu York (140), London (163) kimi şəhərləri geridə qoyub.

Siyahıya ilk üç yeri tutan Kanberra (Avstraliya), Eyndhoven (Hollandiya) və Roli (ABŞ) liderlik edirlər.

Kanberra şəhəri indeksdə birincidir
Kanberra şəhəri indeksdə birincidir

Keçmiş sovet məkanında Vilnüsdən sonra gələn Nijni Novqorod (Rusiya) 109-cu pilləni tutub. Belarus paytaxtı Minsk 130-cu yerdədir.

Azərbaycanın qonşusu olan Ermənistan və Gürcüstanın paytaxtları Yerevan və Tbilisi müvafiq olaraq 167 və 172-ci pilləyə sahib olublar.

Numbeo-nun indeksində Moskva 191, Kiyev (Ukrayna) 192, Odessa (Ukrayna) 193, Xarkov (Ukrayna) 195-ci pillələrdə yerləşiblər.

Qazaxıstanın keçmiş paytaxtı Almatı 208-ci yerdədir.

İndeksdə sonuncu yeri tutan Venesuela paytaxtı Karakas son illərdə antihökumət etirazlarına meydan olub
İndeksdə sonuncu yeri tutan Venesuela paytaxtı Karakas son illərdə antihökumət etirazlarına meydan olub

Bu siyahıya Türkiyənin 4 şəhəri daxil olub: Bursa (90), İzmir (136), paytaxt Ankara (152), İstanbul (180).

İranın indeksdə olan yeganə şəhəri onun paytaxtı Tehrandır (217).

Siyahıda son üç yeri Banqladeşin Dəkkə (224), Nigeriyanın Laqos (225) və Venesuelanın Karakas (226) şəhərləri tutublar.

XS
SM
MD
LG