Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:07

Ukraynada vəkilin qətlində şübhəli sayılan şəxs həbs edilib


Yuri Rossoşanski
Yuri Rossoşanski

İnsan haqları fəalı və kampaniyaçısı Nozdrovskanın qətli ölkədə böyük rezonans yaratmış və hüquq-mühafizə orqanlarının təmizliyi üzərinə kölgə salmışdı.

Kiyevin Vışqorod rayon məhkəməsinin 9 yanvar qərarı ilə 64 yaşlı Yuri Rossoşanski həbs edilib. Məhkləmənin qərarına görə o ən azı ilk 60 gün ərzində zaminə buraxıla bilməz.

Dinləmə zamanı Rossoşanski qətli törətdiyini boynuna alıb və deyib ki, onu bu işə heç kim təhrik etməyib.

O avtomobil qəzası törədərkən Nozdrovskanın bacısının ölümünə səbəb olduğuna görə azadlıqdan məhrum edilmiş Dmitro Rossoşanskinin atasıdır.

Nozdrovskanın meyiti tapılandan bir həftə sonra, yanvarın 8-də polis bu qətllə bağlı bir şübhəlinin həbs edildiyini bildirsə də, həmin şəxsin adını açmamışdı.

İrina Nozdrovskanın dəfnində
İrina Nozdrovskanın dəfnində

Məhkəmənin bu qərarından əvvəl Nozdrovska bacısı Svitlina Sapataniskanın məzarı yanında torpağa tapşırılıb.

Nozdrovskanın Demidıvdakı ailə evində yanvarın 9-da keçirilən yas mərasiminə çox sayda insan qatılmışdı.

Bacısının ölümünə səbəb olduğuna görə məhkum edilmiş şəxsin həbsxanadan azad edilməsinin qarşısını almış Nozdrovskanın cəsədi yanvarın 1-də Kiyev rayonlarından birində aşkar olunmuşdu. O dekabrın 29-da işdən çıxandan bəri itkin sayılırdı.

Nozdrovska 2015-ci ildə avtomobil qəzası törədərək bacısı Svitlana Sapataniskanın ölümünə səbəb olmuş Dmitro Rossoşanskinin işi ilə məşğul olandan ölüm təhdidləri alırdı.

İrina Nozdrovskanın portreti
İrina Nozdrovskanın portreti

Hakimlər Kiyev vilayəti hakiminin qardaşı oğlu olan Rossoşanskinin apellyasiya iddiasını rədd etmişdilər. Onun yeddi illik məhkumluğundan sonra dekabrın 27-də əfv olunmaq üçün verdiyi iddia Nozdrovskanın apardığı ictimai kampaniya nəticəsində rədd edilmişdi.

Nozdrovska və başqaları bildirirdilər ki, gənc Rossoşanskinin “narkoman dostları” onu azad etməli olan məhkəmə iclasına gəlmişdilər.

Vəkil hakimlərə “Ukraynada çox nadir hallarda çıxarılan ədalətli hökmə” görə təşəkkürünü bildirmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG