Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:48

Ekspert: 'Qiymət endirməyin yolları...'


Natiq Cəfərli
Natiq Cəfərli

«Ölkədə qiymətlərin qalxmasının obyektiv səbəbləri var. Bundan əlavə isə «yerli xüsusiyyət» kimi subyektiv səbəb də mövcuddur».

İqtisadçı - ekspert Natiq Cəfərli Novruz bayramı ərəfəsində qiymətlərin qalxmasını AzadlıqRadiosuna dəyərləndirərkən belə deyib.

Ekspertə görə, bütün sivil dünyada bayram öncəsi qiymət endirimi baş verir. Azərbaycanda isə əksinə, qiymətləri qaldırırlar: «Odur ki, bu bahalığın dolların məzənnəsi ilə bir elə əlaqəsi yoxdur. Bu, inhisarçıların bazara öz qiymətini diktə etməsi deməkdir».

Buna da bax-Deputat: 'Təəssüf ki, bu il də Novruz bayramında qiymətlər artdı...'

N.Cəfərliyə görə, digər tərəfdən isə qış fəslindən sonra ölkə bazarlarında yeri məhsul azalır. İstehsal edilmiş məhsulu saxlamaqdan ötrü kifayət qədər anbarlar yaradılmayıb.

İqtisadçının fikrincə, idxal malları bazarda üstünlük təşkil edir və ona görə də qiymət artımı baş verir.

N.Cəfərli deyir ki, qiymətlərin endirilməsi yolları vardır və bundan hakimiyyət də istifadə etməyi bacarmalıdır: «Qiymət endirməyin yollarından biri rəqabətə dözümlü iqtisadi mühitin yaradılmasıdır. Bundan ötrü sahibkarların fəaliyyətinə maneələr aradan qaldırılmalıdır. Digər bir yol isə mövsümlə bağlı idxal mallarına tətbiq edilən gömrük və vergi rüsumlarının götürülməsidir. Bu zaman qiymətlərin aşağı düşməsi mümkün ola bilər».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG