Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 16:04

Deputat: 'Təəssüf ki, bu il də Novruz bayramında qiymətlər artdı...'


Əli Məsimli.
Əli Məsimli.

“Əksər ölkələrdə vətəndaşlar rahat bayram edə bilsinlər deyə bayramqabağı qiymətlər endirlər. Bizdə isə bu əksinədir”.

Deputat Əli Məsimli son zamanlar ölkədə ərzaq məhsullarının bahalaşmasına şərh edərkən belə deyib.

“Təəssüf ki, həmişə olduğu kimi, bu il də Novruz bayramı ilə əlaqədar olaraq əhalinin daha çox işlətdiyi malların qiymətləri artdı. Bu qiymət artımının təbii və süni tərəfləri var”, – deyə o vurğulayıb.

Buna da bax:​ Ərzaq məhsulları 16 faiz bahalaşıb

Ə. Məsimlinin fikrincə, bunun təbii tərəfi məhsulun istehsalına, daşınmasına, saxlanmasına və sairə çəkilən xərclərdəki artmasıdır.

Deputat deyir ki, dollar bahalaşanda qiymətlər artır. Dollar ucuzlaşanda isə qiymət ucuzlaşması baş vermir. O, bunu qiymət artımında süni səbəblərin də mövcudluğu ilə izah edir:

“Amma, dünyanın heç bir ölkəsində qiymətlər hər gün, hər həftə milli valyutanın devalvasiya faizi səviyyəsində qaldırılmır”.

Buna da bax:​ Bayram süfrəsi bir ildə nə qədər bahalandı?

Deputat kənd təsərrüfatı nazirinin qiymətlərin o qədər də çox qaldırılmadığı haqda açıqlamasına da münasibət bildirib:

“Əvvəlcə onu deyim ki, belə yanaşma qüsurludur. Ətin qiyməti enməyib, əksinə, əhəmiyyətli dərəcədə artıb. Araşdırmaq lazımdır ki, ətin qiyməti niyə belə sürətlə artmağa başlayıb”.

Ə. Məsimli deyir ki, əhalinin alıcılıq qabiliyyəti aşağıdır.

Deputat hesab edir ki, xalqla danışanda haqq-hesabı düzgün aparmaq lazımdır:

“Bizdə monopoliya heç bir iqtisadi qanunauyğunluğun işləməsinə imkan vermir”.

Buna da bax:​ 'Ət də, balıq da, toyuq da bahalaşıb…'

Əli Məsimlinin fikrincə, müəyyən obyektiv və subyektiv səbəblər üzündən süni qiymət artımı ilə mübarizə yetərli səviyyədə deyil:

“Süni qiymət artımının qarşısının alınmasının etibarlı yolu idxal etdiyimiz məhsulların mümkün hissəsinin istehsalını Azərbaycanda təmin etməkdir. Ölkədə məhsul istehsalı artımına nail olmaqdan ötrü sahibkarlar qarşısında duran bütün maneələr sona qədər aradan qaldırılmalıdır”.

Deputat bildirir ki, sahibkarı müəyyən rəsmi qurumlar müxtəlif bəhanələrlə soyursa, o da rüşvət verdiyi pulu malın qiymətinin üstünə qoyur.

Buna da bax:​ 100 dollar pensiya alan təqaüdçü bayramı necə sevsin?

“Deməli, sonunda korrupsionerin pulunu da sonda əhali ödəyir”, – deyə deputat qeyd edib.

Bu günlər kənd təsərrüfatı naziri Heydər Əsədov ətin qiymətinin qalxması ilə bağlı fikirlərini açıqlamışdı. Onun deməsinə görə, ölkədə dolların bahalaşması ilə müqayisədə ət bir o qədər də bahalaşmayıb.

Buna da bax:

'Bayram süfrəsi açmağa azı 300 manat lazımdı'
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG