Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 22:59

'Ət də, balıq da, toyuq da bahalaşıb…'


Cənub rayonlarında bazar. 3mart2017
Cənub rayonlarında bazar. 3mart2017

Azərbaycanın cənub rayonlarının mərkəzi bazarlarında mal ətinin 1 kiloqramı 10-11 manata satılır.

Halbuki, ötən ayın əvvəlində mal ətinin 1 kiloqramı 8-9 manata idi. Ötən ilə nisbətən mal ətinin 5-6 manat bahalaşdığı bildirilir.

Ət satışı ilə məşğul olan sahibkarların dediklərinə görə, iribuynuzlu mal-qaranın sayı gündən-günə azalır. İndi mal-qaranı əsasən, dağ kəndlərindən gətirirlər.

Buna da bax:​ 'Bakıda sümüksüz mal əti 16 manata yüksəlib'

Yem bahalaşıb, xəstəlik artıb, örüş azalıb…

Onlar mal-qaranın azalması səbəbini yemin bahalaşmasında, xəstəliklərin artmasında və örüş yerlərinin zəbt edilməsində görürlər. Mal-qara saxlayan ailə təsərrüfatların sayı da azalır.

Bazarlarda balığın da qiyməti qalxıb. Nərə balığının 1 kiloqramı 45-50 manata satılır. Digər balıq növlərin qiyməti də artır. Ziyad balığının bir kiloqramı 7-8 manatdır.

“Aylarla ət yeməyən insanlar var”

İqtisadçı Vidadi Mirzəyevin deməsinə görə, qiymətlərin qalxmasının əsas səbəbi manatın dəyərdən düşməsidir. O digər səbəbləri də istisna etmir:

Buna da bax: Maaşlar 10% artıb, ərzaq isə 100% bahalaşıb

“Adətən yaz fəsli ərəfəsində ətin qiyməti cüzi olaraq qalxır. Bazarda tələbat artır. Mal-qarasını yaza çıxardanlar onun sayının artırılmasına diqqət verirlər. Satışa az çıxardırlar. Bu il qiymətin qalxması təkcə bununla bağlı deyil. Mal-qara saxlamaq çətindir, baha başa gəlir. Hər il xəstəlikdən mal-qara ölür. Mal ətinin qiyməti qalxdıqca, ət alanların sayı azalır. Bir adam il ərzində 80 kiloqramdan çox ət qəbul etməlidir. Bizdə bu rəqəm 33 kiloqrama düşüb. Bu o deməkdir ki, aylarla ət yeməyən insanlar var. Təkcə ətin qiyməti qalxmır. Toyuq ətinin də, balığın da qiymətinin qalxdığını görürük. Zəruri ərzaq məhsulların qiymətinin qalxması yaxşı hal deyil”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG