Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:47

Norveçin neft fondu bir ildə 131 milyard dollar gəlir əldə edib


Dünyanın ən böyük milli rifah fondu ötən il öz tarixində ən böyük gəlirlərdən birini əldə edib.

Financial Times qəzeti xəbər verir ki, Norveçin 1, 1 trilyon dollarlıq neft fondunun 2017-ci il üçün gəliri 13, 7 faiz olub. Pulla ifadədə bu 131 milyard dollar deməkdir.

Ekspertlər bu uğuru qiymətli kağızlar bazarındakı gəlhagəllə izah edirlər.

Norveçin suveren sərvət fondu faizlə ifadədə bundan yaxşı göstəriciləri yalnız 2009 və 2013-cü illərdə nümayiş etdirib.

Fond investisiyaların 66, 6 faizini qiymətli kağızlarda, 30, 8 faizini bondlarda və 2, 6 faizini daşınmaz əmlakda saxlayıb. Daşınmaz əmlak əsasən Londonun mülkiyyət bazarındadır.

Norveç neft fondu Apple, Tencent və Microsoft kimi texnologiya nəhənglərinin səhmlərindən də yaxşı gəlir əldə edib.

Bu mənada özünü doğrultmayan investisiyalar General Electric, Exxon Mobil və İsrailin Teva əczaçılıq şirkətinə aiddir.

Norveç neft fondunun rəhbəri Yngve Slyngstad deyib ki, fonddakı hər dörd kronun 1 kron gəlir gətirməsi sevindirici göstəricidir.

Hökumət ötən il fonddan 61 milyard kroon (7, 4 milyard dollar) çıxarıb. Bu hökumətin düşən neft qiymətləri ilə bağlı fonda 2016-cı ildən bəri ikinci “müraciəti” idi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG