Keçid linkləri

2025, 22 Yanvar, çərşənbə, Bakı vaxtı 16:46

Pashinyan yenə camaatı küçələrə çıxarıb (VİDEO)


Nikol Pashinian. Yerevanda yürüş keçirir.24 noyabr,2018
Nikol Pashinian. Yerevanda yürüş keçirir.24 noyabr,2018

Ermənistanın baş naziri əvəzi Nikol Pashinyan yenə bütün tərəfdarlarını şənbə günü sübh tezdən Yerevanda yürüşə çıxarıb.

Yürüş Yerevanın Nor Nork rayonundan başlayıb.

“Şəhərin bütün küçələrindən keçməyə çalışacağıq. Ümid edirəm ki, biz bir daha məğrur Ermənistan vətəndaşının qələbəsini elan edəcəyik”, Pashinyan tədbirə iki gün qalmış özünün “Feysbuk” səhifəsində yazıb.

O bildirib ki, yürüş həm də görüşmək, ünsiyyət üşün yaxşı bir vasitədir.

Paşinyan yürüş başlamazdan əvvəl bildirib ki, “Mənim addımım”platforması vətəndaşlara vəd etdiyi bütün öhtəliklərini yerinə yetirib.“Ermənistanda hakimiyyət bu gün xalqa qaytarılıb”,deyə Pashinyan bildirib.

Qeyd edək ki, noyabrın 26-da Ermənistanda seçki kampaniyası başlanır.

Dekabrın 9-da ölkədə vaxtındanəvvəl parlament seçkisi keçiriləcək.

“Mənim addımım” blokuna Pashinyan başçılıq edir. Analitiklər hesab edir ki, blok qəti qələbə qazanacaq.

Pashinyan hakimiyyətə bu ilin aprel-may aylarında keçirilən kütləvi küçə etirazları ilə gəlib.

Yeni seçkidə həmin vaxt hakimiyyətdən uzaqlaşıdırılmış “Respublika” partiyası da iştirak edəcək.

Bu partiyaya keçmiş ölkə rəhbəri Serzh Sarqsyan rəhbərlik edir.

Partiya Pashinyanı administrativ vasitələrdən sui-istifadə etməkdə günahlandırır.

Pashinyan ittihamı rədd edir.

XS
SM
MD
LG