Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 05:09

‘Trump-ın BMT səfiri’ deyir ki, Rusiyaya inanmaq olmaz


Nikki Haley
Nikki Haley

Donald Trump-ın ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə namizədi yanvarın 18-də Senatda keçirilən təsdiq dinləməsində Rusiyanı kəskin tənqid edərək deyib ki, Moskvaya inanmaq olmaz. Lakin o eyni zamanda bildirib ki, Kremllə “antiterrorizm və başqa məsələlərdə” əməkdaşlıq mümkündür.

Cənubi Karolina ştatının qubernatoru 44 yaşlı Nikki Haley deyib ki, Moskva “əzələ nümayiş etdirir” və “sərhəd tanımır”.

"Düşünmürəm ki, biz onlara etibar edə bilərik, - deyib xanım Haley, - Düşünürəm ki, biz onlara nəyisə verərkən onlardan əvəzində nə alacağımızı əvvəlcədən bilməliyik”.

Maraqlıdır ki, seçki kampaniyası zamanı Nikki Haley Trump-ı tənqid edirdi və hətta onun rəqibi respublikaçı Marko Rubio-nu dəstəkləyirdi.

Senat onu təsdiq edərsə, diplomatiya sahəsində demək olar təcrübəsi olmayan Haley BMT-nin səfiri vəzifəsində Rusiyanın Suriyaya müdaxiləsini və Krımın ilhaqını kəskin tənqid edən Samantha Power-i əvəz etməlidir.

Senat dinləməsində xanım Haley deyib ki, Krım-ı Ukrayna ərazisi hesab edir. Bu, əslində BMT-nin 100-dən çox ölkəsinin mövqeyidir.

Nikki Haley deyib ki, Moskva öz kursunu dəyişməsə, Rusiya üzərinə Ukraynaya müdaxiləyə görə qoyulmuş sanksiyalar saxlanmalıdır.

Haley habelə deyib ki, Rusiya Suriyada, xüsusən də Hələbdə törətdiyi “dəhşətli qırğınlara” görə məsuliyyət daşıyır.

Lakin BMT səfirliyinə namizəd bunu da əlavə edib ki, ABŞ terrorla mübarizədə Kremlin dəstəyinə çalışmalıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG