Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Niderland Rusiya dövlətindən borcu qopartmağın yolunu tapıb?


"Stolichnaya" brendi ilə reklam olunan balıq konservləri
"Stolichnaya" brendi ilə reklam olunan balıq konservləri

Niderland məhkəməsinin qərarında deyilir ki, Rusiyanın keçmiş neft nəhəngi Yukos şirkətinin səhmdarları Rusiya dövlətinin mülkiyyətində olan iki məşhur arağın ticarət markalarından istifadə edıə bilərlər.

“Stolichnaya” və “Moskovskaya” araqlarının ticarət markalarının müsadirə edilməsi Rusiya hökumətindən milyardlarla dollarlıq ziyan pulunun əldə olunması üçün keçmiş Yukos səhmdarlarının atdıqları ən son addımlardan biridir.

Bu barədə məlumatı mayın 18-də səhmdarların sözçüsü verib.

Bundan əvvəl keçirilən məhkəmədə səhmdarlar Niderlandda Rusiyaya məxsus olan 18 brend adını müsadirə etdirmişdilər.

Səhmdarların sözçüsü Jonathan Hill AFP agentliyinə deyib ki, bu məhkəmə qərarı Belçikada və Lüksemburqda da keçərli olacaq.

Sözçü bunu da deyib ki, Rusiya Niderlandın məhkəmə icraatı qaydalarına görə səhmdarların kompensasiyasını sentyabrın 27-dək ödəməsə, “biz bu ticarət markalarını ictimai hərraca çıxara bilərik”.

Bu da qeyd edilir ki, bu addım barədə Rusiya dövlətinə ötən həftə məlumat verilib.

Moskva müqavimət göstərir

Amma bu işdə Moskvanın maraqlarını təmsil edən Beynəlxalq Hüquqi Müdafiə Mərkəzinin (International Legal Defense Center) başçısı Andrei Kondakov TASS xəbər agentliyinə deyib ki, Niderland bu qərar barədə nə Rusiya XİN-ə, nə də Rusiya səfirliyinə məlumat verməyib.

Sözü gedən iki arağın brendləri Soyuzplodoimport dövlət şirkətinə məxsusdur. Şirkət ticarət markalarının müsadirəsini qanunsuz sayır və apellyasiya verəcəyini bildirib.

Soyuzplodoimportun nümayəndəsi TASS agentliyinə deyib ki, şirkət “ticarət markalarının müsadirəsi haqda qərarın ədliyyə prosesində ləğv ediləcəyinə inanır”.

Bu qərardan əvvəl Niderland apellyasiya məhkəməsi beynəlxalq arbitrasiya palatasının hökmünü qüvvədə saxlamışdı. Bu hökmdə deyilir ki, Rusiya Yukos səhmdarlarına toplam 50 milyard dollar ödəməlidir.

Fevralın 18-də qəbul edilmiş bu hökm bundan əvvəl Haaqa sahə məhkəməsinin qərarını ləğv etmişdi. O qərarda deyilirdi ki, kompensasiya haqqında qərar Daimi Arbitrasiya Məhkəməsinin yurisdiksiyasına aid məsələ deyil.

Rusiya Ədliyyə Nazirliyi Niderland Ali Məhkəməsinə bu qərarla bağlı apellyasiya ərizəsi vermişdi.

Mikhail Khodorkovsky
Mikhail Khodorkovsky

Yukos 2006-cı ildə onun sahibi, neft maqnatı Mikhail Khodorkovsky ilə Rusiya prezidenti Vladimir Putinin arası dəydikdən sonra müflis olub. Beləki o vaxt Rusiya hökuməti Yukosdan guya keçmişdə ödənməmiş milyardlarla dollarlıq verginin ödənməsini tələb edirdi.

Yukos şirkətinin müsadirə olunmuş əmlakının xeyli hissəsi Rosneft dövlət şirkətinə köçürülüb.

Yukos şirkətinin keçmiş səhmdarları illərdir ki, kompensasiya ala bilmirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG