Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 06:49

Elgiz Qəhrəmanlının istintaqı başa çatıb


Elgiz Qəhrəmanlı

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Gənc fəalın vəkillərindən Fariz Namazlı bu haqda məlumat verib.

Vəkillər cinayət işinin materialları ilə tanış olur. Ardınca cinayət işi baxılmaq üçün məhkəməyə göndəriləcək.

Elgiz Qəhrəmanlı avqustun 12-də saxlanıb və həmin gün CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qəti imkan tədbiri seçilib. Onu 12 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.

Onu bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar və vəkili yanına buraxmayıblar.

O özü isə siyasi motivlərlə həbs olunduğunu bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG