Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 05:02

NİDA-çı gəncə 15 sutka verildiyi bildirilir [yenilənib]


NİDA Vətəndaş Hərəkatının üzvü Rahim Vəliyev

NİDA Vətəndaş Hərəkatının üzvü Rahim Vəliyevi polisin saxladığı deyilir. Yanvarın 16-sı günorta saatlarından xəbər alınmayan gəncin hazırda Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsində olduğu bildirilir.

Bu haqda NİDA Hərəkatından Samir Əsədli məlumat verib.

Onun bildirdiyinə görə, polis R.Vəliyevin saxlanmasının səbəbləri barədə bilgi vermir.

Buna da bax:​ Elgiz Qəhrəmana 5 il yarım iş kəsildi

R. Vəliyev saxlanılmazdan əvvəl onun yaşadığı mənzildə axtarış aparıldığı söylənir. 18-ci polis bölməsi əməkdaşlarının mənzildə onun iştirakı olmadan axtarış apardığı, gəncin telefonunu və noutbukunu götürdüyü bildirilir.

NİDA Vətəndaş Hərəkatı R.Vəliyevin saxlanmasının siyasi motivli olduğunu bəyan edib.

Gəncin saxlanmasına, hələlik, Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsindən və daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hər hansı münasibət almaq mümkün olmayıb.

Buna da bax: Məhbus ailələrinin puça çıxan bayram ümidləri

* * *

NİDA Vətəndaş Hərəkatının fəalı Rəhim Vəliyevə 15 sutka inzibati həbs cəzası verildiyi bildirilir. Bu barədə NİDA-dan Samir Əsədli məlumat yayıb. Onun deməsinə görə, Rəhim Vəliyevin özü az əvvəl evlərinə zəng edərək ona 15 sutka verdiklərini bildirib. Gəncin hazırda Binəqədi rayonundakı müvəqqəti saxlama təcridxanasında olduğu qeyd edilir. Ancaq Rəhim Vəliyevin nədə günahlandırıldığı açıqlanmayıb...

Buna da bax:​ Beynəlxalq qurumlar gənclərə hökmü qınayır

XATIRLATMA

Bu gün yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi NİDA Vətəndaş Hərəkatının başqa bir üzvü Elgiz Qəhrəmanı 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Həmin gənc CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham edilirdi. Elgiz Qəhrəman ittihamı qəbul etmir, ona şər atıldığını bildirir.

NİDA Vətəndaş Hərəkatının bundan əvvəl də bir neçə fəalı həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG