Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 10:36

Prokuror NİDA-çı fəala 6 il həbs istəyir


Elgiz Qəhrəman

Dövlət ittihamçısının fikrincə, Elgiz Qəhrəmana verilən narkotik ittihamı məhkəmədə təsdiqini tapıb.

NİDA-çı fəal Elgiz Qəhrəmanın məhkəməsi yekunlaşır. Yanvarın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror gənc fəalın 6 il azadlıqdan məhrum olunmasını istəyib. Dövlət ittihamçısı deyib ki, Elgiz Qəhrəmana verilmiş narkotik ittihamı məhkəmədə təsdiqini tapıb.

Buna da bax: Gənc fəal: 'Əməliyyat müvəkkilinin otağında beysbol zopaları var idi'

“Qalan işləri şöbə rəisi həyata keçirir”

Azad Məcidov
Azad Məcidov

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə əlavə şahid qismində gənc fəaldan tapıldığı iddia olunan narkotik vasitəni ekspertizadan keçirmiş Gülşən Hümbətoba ifadə verərək, vəkillərin suallarını cavablayıb. O, narkotik vasitəni Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşı Kamil Məmmədovun ekspertizaya gətirdiyini deyib: “İş bizim şöbəyə daxil olur və sonra aktlaşdırılır. Ümumiyyətlə, bizim idarəyə narkotik vasitə iş vaxtından sonra da gətiriləndə ekspertiza üçün götürülür. Bu hadisə ilə bağlı da zərfdə bir ədəd sellofan bükümdə narkotik maddə gətirildi. Biz şöbədə test üsulu ilə bu maddənin hansı narkotik mənşəli bitkiyə xas olmasını aydınlaşdırdıq. Bunun üçün cəmi yarım saat vaxt tələb olunur. Rəylə birlikdə isə bir saat ekspertiza aparılır. Mən işimi qurtarandan sonra narkotik vasitəni şöbə rəisinə təqdim edirəm. Qalan işləri şöbə rəisi həyata keçirir”.

Buna da bax: 'Dedilər yaz ki, Fethullah Gülenlə birbaşa telefon əlaqən olub'

Vəkilin vəsatəti rədd edilib

Vəkil Fariz Namazlı narkotik vasitənin əldə olunan mənbəyi ilə bağlı ayrılmış cinayət işi üzrə hər hansı istintaq hərəkəti aparılmasının bilinmədiyini deyib və bununla bağlı Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə sorğu verilməsindən ötrü vəsatət qaldırıb. Məhkəmə Kollegiyası vəsatəti rədd edib.

Fariz Namazlı, vəkil, 29 aprel 2016
Fariz Namazlı, vəkil, 29 aprel 2016

Dövlət ittihamçısı bildirib ki, Elgiz Qəhrəmanın cinayəti məhkəmə istintaqı zamanı şahid ifadələri ilə sübuta yetirilib. O, gənc fəalın 6 il azadlıqdan məhrum olunmasını tələb edib.

Prokurorun çıxışından sonra Elgiz Qəhrəmanın vəkilləri müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər. Məhkəmə vəkillərə yanvarın 11-dək vaxt verib. Proses həmin gün davam etdiriləcək.

Xatırlatma

Elgiz Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Elgiz Qəhrəmanı bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayaraq, vəkilini yanına buraxmayıblar. NİDA Vətəndaş HərəkatıElgiz Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bəyan edib.

XS
SM
MD
LG