Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 02:29

NİDA üzvü həbs edilib


NİDA Vətəndaş Hərəkatının üzvü Elmir Abbasovun inzibati qaydada həbs edildiyi bildirilir.

Bu barədə vəkil Zibeyda Sadıqova məlumat verib.

Vəkilin sözlərinə görə, Abbasov İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə həbs olunub:

"Mənə bu məlumatı Polis İdarəsindən təsdiqlədilər. O, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə inzibati qaydada həbs olunub. Hazırda Elmir Abbasov Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlanma yerində saxlanılır".

NİDA Vətəndaş Hərəkatından isə bildirilib ki, Elmir Abbasov bir neçə gün əvvəl yoxa çıxıb:

"Bugün, fevralın 23-də isə dostu yazıb ki, ona özünü Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı kimi təqdim edən şəxs zəng vurub bildirib ki, Elmir həbs olunub".

Hərəkatdan ehtimal ediblər ki, E.Abbasov sosial şəbəkələrdə tənqidi statuslarına görə, həbs edilə bilər.

Amma bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Sumqayıt Şəhər Məhkəməsindən münasibət öyrənmək mümkün olmayıb.

Rəsmilər bir qayda olaraq bəyan edirlər ki, ölkədə heç kim tənqidi mövqeyinə görə,təzyiqlərə məruz qalmır.

Şərhlər

XS
SM
MD
LG