Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:29

Netanyahu İranın Suriyadakı fəaliyyətinə qarşı çıxacağını deyir


İsrailin baş naziri Benjamin Netanyahu mayın 9-da Moskvada Putinlə görüşüb
İsrailin baş naziri Benjamin Netanyahu mayın 9-da Moskvada Putinlə görüşüb

İsrailin baş naziri Benjamin Netanyahu mayın 9-da Moskvada prezident Vladimir Putinlə danışıqlardan sonra deyib ki, onun ölkəsi İranın Suriyadakı fəaliyyətlərinə qarşı çıxacaq.

Benjamin Netanyahu mətbuat nümayəndələrinə deyib: "İranlılar İsrail dövlətinə hücum niyyəti ilə oraya qüvvələr və ölümcül silahlar transfer etməklə məşğuldurlar”.

Netanyahu əlavə edib ki, o “özünü təcavüzdən qorumaq üçün belə addımların atılmasının İsrailin haqqı olduğunu prezident Putinə də bildirib”.

Suriya prezidenti Bashar al-Assad mayın 8-də Dəməşq yaxınlığına raket zərbəsi endirilməsinə görə İsraili ittiham edib.

Moskva bundan əvvəl aprelin 9-da Suriyada 7 iranlının ölümü ilə nəticələnmiş zərbəni pisləmişdi.

AzadlıqRadiosu yazır ki, Putin Netanyahu ilə görüşməzdən əvvəl Kremldə Təhlükəsizlik Şurasının iclasında İsrailin Suriyadakı raket zərbələrini müzakirə edib.

Kremlin yaydığı bəyanatda deyilir ki, bu iclasda Suriyada “İsrail tərəfindən icra olunmuş gecə raket zərbələri də daxil müxtəlıif rəylərin təfərrüatlı müzakirəsi” olub.

Rusiya və İran Assad-ın əsas müttəfiqləridir.

Netanyahunun səfəri Rusiyada qələbə günü kimi qeyd olunan 9 may şənliklərinə təsadüf edib.

Bu münasibətlə Qırmızı meydanda keçirilən hərbi keçidə Putinlə yanaşı o da tamaşa edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG