Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Benjamin Netanyahu hökumət qura bilmədi


Benjamin Netanyahu
Benjamin Netanyahu

İsrailin baş naziri Benjamin Netanyahu oktyabrın 21-də prezident Reuven Rivlinə bildirib ki, hökumət qura bilməyib və koalisiyanın yaradılması üçün ona verilmiş mandatı geri qaytarır.

Haaretz qəzetinin yazdığına görə bu o deməkdir ki, son onillikdə ilk dəfə olaraq hökumət qurulması üçün mandat Netanyahudan başqa bir siyasətçiyə veriləcək.

Netanyahu oktyabrın 21-də özünün Facebook səhifəsində yazıb:

"Mandatı aldığım gündən geniş milli birlik hökuməti qurmaq üçün yorulmadan çalışdım. Adamların istəyi budur”.

Bununla belə baş nazir deyib ki, onun “Gantzı danışıqlar masası arxasına gətirmək və daha bir seçkinin keçirilməsinin qarşısını almaq cəhdləri iflasa uğrayıb”.

Netanyahu deyib ki, seçkidə onun rəqibi olmuş Kahol Lavan partiyasının lideri təklifləri “dalbadal rədd edib”.

Prezident Rivlin oktyabrın 21-də verdiyi bəyanatda bildirir ki, o indi Gantza müraciət edəcək. Onun koalisiya qurmaq üçün 28 gün vaxtı olacaq. Lakin o mandatı qəbul edib-etmədiyi barədə qərarını növbəti 72 saat ərzində bildirməlidir.

Kahol Lavan partiyasının həmsədri Yair Lapid deyib ki, “Netanyahu bir daha iflasa uğradı, çünki indi təbliğat yox, hərəkət vaxtıdır”.

Partiya habelə “liberal milli birlik hökuməti” qurmaq niyyətində olduğunu bəyan edib.

Benny Gantzın Kahol Lavan partiyası son seçkinin nəticəsi olaraq Knessetdəki 120 mandatdan 33-nə sahib olub. Netanyahunun Likud partiyası 32 yer ala bilib. Bu say heç bir partiyaya təkbaşına hökumət qurmaq imkanı vermir.

Netanyahunu ifrat təməlçi partiyalar – 8 mandatı olan Şas, 7 mandatı olan Tövrat İudaizmi İttifaqı və 7 mandatı olan ifrat sağçı Yamina alyansı dəstəkləyir.

Netanyahuya mandat verilməzdən əvvəl Rivlinlə məşvərət zamanı 13 deputatı olan Vahid Siyahı ərəb alyansı Gantzı dəstəkləyəcəyini bildirmişdi. 6 mandatı olan Geşer və 5 mandatı olan Demokratik İttifaq da Gantzı dəstəkləyir.

Avigdor Lieberman-ın İsrail Evi partiyası baş nazirliyə namizədlərdən heç birini dəstəkləmədiyini bildirib.

Haaretz yazır ki, Gantzın koalisiyası da iflasa uğrasa, hökumətin qurulması azı 61 Knesset deputatının dəstəyinə malik istənilən millət vəkilinə tapşırıla bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG