Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 03:01

Baş Prokurorluq vəkillərin cəzalandırılmasını istəyir


Nemət Kərimli
Nemət Kərimli

Baş prokurorun birinci müavini Rüstəm Usubovun vəkil Nemət Kərimli barəsində tədbir görülməsindən ötrü Vəkillər Kollegiyasına təqdimat göndərdiyi bildirilir. Vəkil bununla bağlı noyabrın 16-da kollegiyada olduğunu söyləyir.

N.Kərimli AzadlıqRadiosuna deyib ki, Baş prokurorun birinci müavini təqdimatında onu «ictimaiyyəti çaşdıran» məlumatlar yaymaqda günahlandırır. Vəkilin deməsinə görə, təqdimat həbsdəki jurnalist Əfqan Muxtarlının və Müsavat Partiyası başqanının müşaviri Tofiq Yaqublunun cinayət işi ilə bağlıdır. N.Kərimlinin jurnalistin və siyasətçinin vəkilidir. T.Yaqublu bir neçə il əvvəl mühakimə olunub, hazırda azadlıqdadır.

N.Kərimlinin bildirməsinə görə, prokurorluq hesab edir ki, vəkilin müdafiə etdiyi şəxslərin işləri ilə bağlı açıqlamaları çaşdırıcı məzmunlu olub.

«Baş prokurorun birinci müavininin təqdimatında qeyd olunur ki, mən internetdə, sosial şəbəkələrdə ictimaiyyəti çaşdıran məlumatlar yaymışam. Ancaq bununla bağlı hər hansı fakt və ya məlumat təqdim edilməyib», - deyən vəkil əlavə edib ki, bu gün, noyabrın 16-sı Vəkillər Kollegiyasının İntizam Komissiyasında olub. Ondan təqdimatla bağlı izahat istəyiblər.

Məhkəmələrdə sizi nə qane etmir?
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

Təqdimatdakı iddiaları rədd etdiyini bildirən vəkil vurğulayıb ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür:

«Ona görə də İntizam Komissiyasına qısa izahat verdim və bildirdim ki, sübut təqdim edilmədiyi üçün bu məsələyə münasibət bildirməyi artıq hesab edirəm».

N.Kərimli həmçinin, Baş Prokurorluğun Kollegiyaya təkcə ondan şikayətçi olmadığını deyib. Onun bildirməsinə görə, vəkillər Asabəli Mustafayev, Fəxrəddin MehdiyevAqil Layıcov barəsində də tədbir görülməsi istənilir. Sözügedən şəxslər daha çox siyasi fəalların müdafiəsi sahəsində tanınan vəkillərdir.

XATIRLATMA

Vəkillərdən Vəkillər Kollegiyasına müraciətlər adətən onların cəzalandırılması ilə nəticələnir. Qanunvericiliyə əsasən, belə müraciətlərə görə vəkil rəsmi xəbərdar oluna, habelə Kollegiyadan kənarlaşdırıla bilər.

Bir müddət əvvəl Ədliyyə Nazirliyinin Penitensiar Xidməti vəkil Yalçın İmanovdan, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi isə vəkil Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət etmişdi. Y.İmanov «Nardaran məhbusu» Abbas Hüseyninin işgəncə şikayətini ictimaiyyətə çatdırmışdı. Vəkildən şikayətdə isə iddia edilir ki, Y.İmanov hüquqlarını müdafiə etdiyi şəxsə istinadən onun işgəncəyə məruz qalması haqda məlumat yaymaqla sabitliyi pozmağa çalışır.

«O, ölkənin inkişafına qibtə edən qüvvələrin fəallaşmasına münbit şərait yaradır, Penitensiar Xidmət kollektivinin əhval-ruhiyyəsinə mənfi təsir göstərir», - deyə şikayətdə yazılırdı.

Hakim R.Hüseynov isə bildirib ki, vəkil E.Sadıqov jurnalist Elçin İsmayıllının məhkəməsində süni olaraq təqsirləndirilən şəxsin müdafiə hüququnun pozuntusu görüntüsü yaratmaqla, prosesinin gedişatına mane olmağa cəhd edib.

Son bir neçə ildə ölkənin tanınmış bir neçə vəkili - Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov, Müzəffər Baxışov və digərləri Vəkillər Kollegiyasından belə müraciətlər əsasında uzaqlaşdırılıblar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG