Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 16:55

Soleimani-nin öldürülməsindən sonra neftin və qızılın qiyməti qalxır


İranın hərbi komandanlarından Qassem Soleimani-nin ABŞ hava zərbəsi ilə öldürülməsinin ardınca neftin qiyməti sıçrayışla artaraq son dörd ayda ilk dəfə olaraq bir barrel üçün 70 dollardan yuxarı yüksəlib.

Guardian yazır ki, bu, ilk növbədə İranın Soleimani-nin öldürülməsinə mümkün cavab hərəkətləri ilə bağlıdır.

Qəzet yazır ki, Soleimani-nin öldürülməsi Asiyada, ABŞ və Avropada birjaları silkələyib və neftin qiyməti sentyabrdan bəri ən yüksək həddinə çatıb.

İran Soleimaninin öldürülməsinə görə qisas alacağını bəyan edib.

Neftin qiymətinin həftəsonundan bəri yüksəlişinin davam etməsinin bir səbəbi də ABŞ-ın İranın Yaxın Şərqin neft mədənlərini vura biləcəyi ilə bağlı xəbərdarlığı olub.

Vaşinqton bildirmişdi ki, belə bir hadisə baş verərsə qlobal bazarın neftlə təchizatında fasilələr yarana bilər.

Guardian yazır ki, neft qiymətlərinin davamlı artması qlobal iqtisadi resessiya ilə də nəticələnə bilər.

Ekspertlər qiymətin çox da qalxmayacağını deyilər

Lakin Goldman Sachs və UBS ekspertləri neft qiymətinin 70 dollardan daha çox artacağına şübhə edirlər. Onlar bildirirlər ki, hazırda Yaxış Şərqdə neft hasilatı ən yüksək həddindədir.

Ekspertlər hesab edirlər ki, qlobal bazardakı neftin həcmləri Norveç və ABŞ neftinin hesabına çox yüksəkdir.

Ekspertlərdən Paul Donovan bildirib ki, neft qiymətinin hazırkı artışı “1970-ci il hadisələrinin yaddaşı” ilə bağlıdır, halbuki 2020-ci ildəki vəziyyət tamamilə fərqlidir.

Neft ötən sentyabrda Səudiyyənin neft qurğularına edilmiş hücumdan sonra da bir barrel üçün 70 dollara çatmışdı, lakin bir neçə günün ərzində 65 dollara düşmüşdü.

Bu da xəbər verilir ki, Soleimani-nin ölümündən dərhal sonra qızılın da qiyməti qalxıb.

Qızılın qiyməti son yeddi ildə ən yüksək həddinə çatıb. Hazırda bir unsiyanın qiyməti 1575 dollardır.

XS
SM
MD
LG