Nüfuzlu Financial Times qəzeti yazır ki, neftin qiyməti dünya bazarlarında yenidən bahalaşa bilər.
Qəzet əlavə edir ki, keçən həftə Brent neftinin bir barreli 36 dollara, ABŞ nefti isə 32 dollara düşdü, bu isə 1990-cı il səviyyəsidir.
Qəzet yazır ki, Çində neftə tələbat gündəlik təqribən 1.8 milyon barrel azalıb. Ümumilikdə, dünyada gündəlik tələbat əvvəlki illərdən 2.5 milyon barrel azdır.
FT yazır ki, bütün hallarda koronavirusun dünya iqtisadiyyatına vurduğu zərərə baxmayaraq, bu ilin sonuna qədər neftə tələbat 2019-cu ilin sonuna olan tələbatdan daha çox olacaq:
'İndiki ucuzlaşma davamlı yox, müvəqqəti xarakter daşıyır. Çinin koronavirusdan ən çox əziyyət çəkən bölgələrində artıq pik hədd geridə qalıb. Neft istehlakı böhrandan əvvəli dövrünə-gündə 10 milyon barrelə çatacaq'.
Qəzet yazır ki ilin sonuna neft yenidən bir barrel üçün 45-50 dollar həddinə çatacaq.