Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Neftin qiyməti düşüb


Sentyabrın 30-da Brent markasından olan neftin qiyməti 1, 9 faiz azalaraq bir barrel üçün 60.75 dollar olub. ABŞ neftinin qiyməti 3, 3 faiz düşüb və hazırda onun bir barrelinin qiyməti 54.07 dollardır.

CNBC yazır ki, Təhlilçilər bunu Çin iqtisadiyyatının hələ də yavaşımada olması ilə bağlayırlar.

Ümumilikdə isə sentyabr ayında baş vermiş sabitsizliyə baxmayaraq neftin qiyməti kifayət qədər stabildir.

Buna baxmayaraq Brent neftinin dördüncü rübdə 8, 6 faiz ucuzlaşacağı proqnozlaşdırılır. Bu onunla bağlıdır ki, ABŞ və Çin arasında ticarət müharibəsinin qlobal iqtisadiyyatı yavaşadacağından ehtiyatlanmalar var.

Dünyanın ən böyük neft alıcısı olan Çin xəbərdarlıq edib ki, onunla ABŞ arasında davam edən ticarət çəkişməsi beynəlxalq bazarların sabitliyini poza bilər.

Bəzu mənbələr Trump administrasiyasının Çin şirkətlərinin adlarını ABŞ birjalarından çıxarmağı planlaşdırdığını xəbər verirlər.

Səudiyyənin Aramco şirkəti 14 sentyabr hücumundan sonra ötən həftə hasilatı tam miqyasda bərpa edib. İndi hasilat gündə 11, 3 milyon barrelə çatıb.

Bununla belə bazarlarda Yaxın Şərqdə gərginliyin arta biləcəyindən narahatlıq davam edir.

Təhlilçilər bildirirlər ki, Brent neftinin 2019-cu il üçün orta qiyməti 65.19 dollar civarında qalacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG