Sentyabrın 18-də Səudiyyə Ərəbistanı neft qurğularına hücum nəticəsində kəsilmiş hasilatın yarısının artıq bərpa olunduğu barədə bəyanat verdikdən sonra neftin qiyməti bir qədər də düşüb.
ABŞ neftinin bir barrelinin qiyməti 42 sent azalaraq 58.92 dollar olub.
Sentyabrın 18-də Brent markasından olan neftin qiyməti 27 sent ucuzlaşaraq 64.28 dollara enib.
CBS yazır ki, sentyabrın 14-də Səudiyyənin Aramco şirkətinin neft email zavodu hücuma məruz qaldıqdan sonra neftin qiyməti 14 faiz qalxmışdı.
1991-ci ildə İraq Küveytə hərbi müdaxilə edəndən sonra da neftin qiyməti eyni faizlə sıçramışdı.
Lakin bu da xəbər verilir ki, ABŞ-da benzinin qiyməti sentyabrın 17-də 3 faiz artıb və benzinin qiymətinin gələn həftə 20 faiz bahalaşacağı gözlənilir.
Sentyabrın 14-də edilmiş hücum qlobal neft hasilatını 5 faiz azaltmışdı.
Lakin Səudiyyə Ərəbistanı bildirib ki, ayın sonunadək hasilatı tam həcmdə və artıqlamasilə bərpa edəcək.
Səudiyyə Ərəbistanı sentyabrın 18-də bəyan edib ki, Yaxın Şərq dəniz yollarının mühafizəsi üçün ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya qoşulur.
ABŞ Avstraliya, Bəhreyn və Birləşmiş Krallıqdan ibarət bu koalisiyanı neft tankerlərinə hücumun ardınca yaratmışdı.
ABŞ rəsmiləri o hücumlara görə də İranı ittiham edirdilər.