Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:44

Neft yenidən ucuzlaşır. Bazar nədən narahatdır


Arxiv fotosu
Arxiv fotosu

Bu gün – sentyabrın 17-də neftin qiyməti düşməyə başlayıb. Ancaq “Reuters” yazır ki, bazar Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumlara mümkün reaksiya üçün gözdə- qulaqdadır. Hücumlardan sonra krallığın hasilatı yarıbayarı azaltması qiymətdə son onillərdə görünməmiş sıçrayışa səbəb olmuşdu.

Bazar ertəsi neft birdən-birə 20 faiz bahalandı. Ancaq bu gün Brent neftinin bareli 1,8% düşərək 67,88 dollara, Qərbi Texas nefti 1,8% düşərək bareli 61,77 dollara bərabərləşib.

Hücumlardan dərhal sonra Saudi Aramco Asiyada bəzi emal zavodlarına neft öhdəliklərinə əməl edəcəyini demişdi.

Səudiyyənin Enerji naziri Şahzadə Abdulaziz bin Salman yerli vaxtla axşam saat 8-də mətbuat konfransı keçirməlidir.

“Gözlər bu mətbuat konfransına dikilib”, – Stokholmda mənzillənən “ELS Analysis” şirkətinin təsisçi tərəfdaşı Samuel Ciszuk deyir.

Bizə ziyanın uyğun dəyərləndirməsi lazımdır, bərpa planını görməliyik. Bundan öncə isə nə qədər neftin, hansı müddətə olmayacağını bilməliyik. Adamlar şənbə günündən bəri bu sualları soruşurlar”, – o, sözlərinə əlavə edib.

Abqaiq və Xurais neft emalı zavodlarına hücumlar nəticəsində gündəlik hasilat 5,7 milyon barel azalıb.

Qiymətdə risk nəzərə alınacaqmı

Asiyada bəzi emal zavodları artıq oktyabra nəzərdə tutulmuş partiyanı gözləyirlər. Digər idxalçılara isə yubanma olacağı deyilib, yaxud alternativ növlər təklif olunmağa başlanıb.

“Reuters” yazır ki, ABŞ, Beynəlxalq Enerji Agentliyi, yaxud Yaponiya kimi ölkələrdə strateji inventarlardan neftin mümkün istifadəsi qiymətə təsirini göstərdi, amma hücumlara cavab veriləcəyi ilə bağlı geosiyasi təhdid işini görməkdədir.

“Ehtiyatların yüksək səviyyədə olması təchizatda qıtlıq yaranmayacağını göstərir... Digər tərəfdən, gərginliyin qızışması təhlükəsi var və bu halda neftin qiymətində riskə görə əlavə artım gərəkəcək”, – Commerzbank-ın neft təhlilçisi Carsten Fritsch deyib.

ABŞ Prezidenti Donald Trump hücumların arxasında İranın durması ehtimalını səsləndirib, ancaq müharibəyə getmək istəmədiyini vurğulayıb. Tehran isə dron hücumları arxasında durmadığını deyir.

Ötən il Trump İranla 2015-ci il nüvə sazişindən çıxandan, sanksiyaları bərpa edəndən sonra ikitərəfli münasibətlər daha da pisləşib.

“Belə demək ədalətli olar ki, ötən həftəsonundan Brent neftinin bareli üçün minimum qiymət 60 dollar civarında müəyyənləşib”, – neft brokeri PVM bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG