Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:14

Neftçilərdən prezidentə və birinci vitse-prezidentə şikayət


Son 5 ildə Xəzərin udduğu neftçilər, bütün qəzalar
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

Son 5 ildə Xəzərin udduğu neftçilər, bütün qəzalar

«Dövlət Neft Şirkətində (SOCAR) işəgötürənlər işçilərə vəzifə dərəcələrinin aşağı salınması ilə əlaqədar məcburi ərizə yazdırırlar. Bununla bağlı təbii ki, onların əmək haqları da azalır».

Bunu Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.

Komitə sədri deyir ki, indi şirkətdə müəyyən layihələr tətbiq edilir, dərəcələr dəyişdirilir və bu maaşların aşağı düşməsinə səbəb olur: «Amma ümumi qayda var ki, hər hansı layihə və ya proqram həyata keçirilərkən insanların sosial vəziyyəti əvvəlkindən aşağı salına bilməz və bu, yolverilməzdir. İndiki halda isə onların maaşı əhəmiyyətli dərəcədə - 200 manat aşağı salınır».

M.Qəhrəmanlı SOCAR rəhbərliyinin əmək haqlarının azaldılması ilə bağlı göstəriş verdiyini düşünür və bunu əsasız sayır.

Komitə sədri deyir ki, əmək haqlarının azaldılması ilə əlaqədar neftçilər ölkə başçısına və birinci vitse-prezident Mehriban Əliyevaya ərizə ilə müraciət ediblər: «Ərizə bu gün qeyd olunan ünvanlara göndərilib. İlk müraciəti «Neft Daşları» Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) işçiləri edib. Aldığım informasiyaya görə, başqa idarələrin də işçiləri Prezident Administrasiyasına getmək fikrindədirlər».

8 uşağı yetim qalan neftçi. Hökumət onlar üçün nə edib?
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

SOCAR NƏ DEYİR?

SOCAR isə yayılan məlumatları anlaşılmazlıq sayır. Şirkət bildirir ki, maaşların azalması deyil, əskinə, əməkçilərin maddi vəziyyətlərinin daha da yaxşılaşması nəzərdə tutulur.

Bu məsələ ilə bağlı yayılan açıqlamada bildirilir ki, SOCAR öz fəaliyyətini beynəlxalq standartlara uyğun qurur: «SOCAR-da əməyin təşkili və normalaşdırılması üzrə yeni normativ sənədlərin hazırlanması, mövcud sənədlərin Azərbaycan qanunvericiliyinə zidd olmadan beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə layihə qrupu yaradılıb. Layihə planına görə, ilk növbədə «Azneft» İB-nin idarəetmə aparatındakı işçilərin vəzifə standartları hazırlanmış və ötən ildən etibarən bu standartlar tətbiq edilməyə başlamışdır».

Açıqlamada deyilir ki, yeni standartlara uyğun hər bir vəzifə üzrə iş analizləri aparılıb: «İşçilərə yeni standartlar üzrə yenidən əməyin ödənilmə dərəcəsi və vəzifə maaşı hesablanmışdır. SOCAR rəhbərliyi, əməkdaşlarının sosial rifahının heç bir halda aşağı düşməsini məqbul saymadığı üçün yeni vəzifə standartlarının tətbiqi nəticəsində əməyin ödənilmə dərəcəsində azalma olan hər bir əməkdaşın maaşını, müvafiq qaydada, kompensasiya edəcəkdir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG