Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:14

Bir dəfə düşən reytinq…


►Maliyyə naziri Samir Şərifov Azərbaycanın kredit reytinqinin tədricən bərpa olunacağını söyləyib

Ekspertlər neftdən asılılığın davam etdiyi müddətcə reytinqin bərpasını real saymırlar.

Maliyyə naziri Samir Şərifov Azərbaycanın borclanma reytinqinin bərpa olunacağına ümid bəsləyir. Nazir reytinqin azaldılmasını neftin ucuzlaşması ilə əlaqələndirib:

“Bu, təbii bir haldır. Neftin qiymətinin enməsi bu ölkələrin (neftdənasılı ölkələr nəzərdə tutulur - red.) iqtisadiyyatına, tədiyyə balansına mənfi təsir göstərir, gəlirlərinin azalmasına səbəb olur. Bu isə reytinqləri azaldır. Hesab edirəm ki, vəziyyət sabitləşdikcə, yəni bizim ixracdan daxilolmalarımız artdıqca, o cümlədən ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar öz müsbət nəticəsini verdikcə, tədricən əvvəlki reytinq bərpa olunacaq”.

Heç nə gözlənilməz deyildi?

Neft ucuzlaşandan bəri Azərbaycanın kredit reytinqinin düşəcəyi gözlənilməz deyil, çünki ölkənin əsas gəliri neftdəndir. Manatın dəyərsizləşməsi də öz təsirini göstərib.

Samir Şərifov
Samir Şərifov

İlk bəd xəbər “Standard and Poorand Poor’s”dan gəldi. Yanvarın 29-da agentlik Azərbaycanın kredit reytinqini “BB+” səviyyəsinə endirdi. Bu “spekulyativ”, yaxud “zibil” səviyyə sayılır. Agentliyin də əsaslandırması Azərbaycanın maliyyə nazirindən fərqlənməmiş və olub-bitənlər neftin ucuzlaşmasına və xarici valyuta ehtiyatlarının azalmasına bağlanmışdı.

Daha sonra - fervralın sonunda “Fitch" də Azərbaycanın reytinqini azaldaraq, "BBB-" səviyyəsindən "BB+"yə endirdi. Ardınca dövlət şirkətlərinin və bankların - Dövlət Neft Şirkətinin, Azərbaycan İpoteka Fondunun, “Azərenerji”nin və əksər bankların reytinlqəri aşağı salındı.

Maliyyə dünyasından uzaq oxucuda, istər-istəməz, “Kredit reytinqi təşkilatlarının verdiyi dərəcələr niyə bu qədər önəmlidir” sualı doğur.

Yüksək reytinqin üstünlükləri

İş burasındadır ki, yüksək kredit reytinqi qazanmağın önəmli üstünlükləri var:

- Daha ucuz borclanma – yüksək reytinqli ölkələr daha aşağı faizlə borc götürə bilir;

- İnvestisiya cəlbi - yüksək kredit reytinqi ölkəyə investisiya axınına yol açır. Belə reytinq ölkədə sağlam investisiya mühitinin və risklərin az olduğunu göstərir;

- Xaricə kapital axınının azalması - yüksək reytinq yerli iqtisadiyyata güvəni artırır və ölkədən kapital axınını azaldır;

- Maliyyə bazarlarına çıxış – yüksək reytinq beynəlxalq maliyyə bazarlarına çıxışı asanlaşdırır və s.

- Yaxın 3 ildə reytinqin bərpası real görunmur”

____________________________________________________________

Bunlara da bax:
"Dedilər, obyekti satmasan, ekskavatorun ağzına verəcəyik"
Prezidentlərin görüşünün vaxtı bilindi

____________________________________________________________

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, qısamüddətli dövrdə reytinqin bərpası real deyil:

“Yəni, yaxın 3 ildə nə ölkənin, nə də özəlliklə bankların reytinqinin bərpası real görunmur. Axı valyuta gəlirləri düşür, neft hasilatının həcmi azalır. Neftin qiyməti də ciddi artmayacaq”.

Ekspertin real və hərtərəfli islahatlar aparılacağı halda, bəlkə 5 ildən sonra reytinqlərin bərpa olunacağını düşünür.

“Hətta Qarabağ münaqişəsinin gələcəkdə alovlanması...”

Samir Əliyev
Samir Əliyev

İqtisadçı ekspert Samir Əliyevin qənaətincə, Azərbaycanın mövcud suveren reytinqi uzunömürlü deyil:

“Baş verən proseslərdən asılı olaraq dəyişə bilər. Bu proseslər həm müsbət, həm də mənfi təsir göstərir. Üstəgəl, problem heç də təkcə xarici amillə bağlı deyil. Hökumətin reaksiya və davranışları da reytinqin dəyişmə istiqamətinə təsir göstərir. Neftin ucuzlaşması, yəni indiki səviyyədən aşağı düşməsi Azərbaycanın suveren reytinqinə mənfi təsir edir. Dövlətin xarici borcunun artması və valyuta ehtiyatlarının azalması mövqeyimizi pisləşdirən amillərdəndir. Hətta Qarabağ münaqişəsinin gələcəkdə alovlanması reytinqimizə mənfi təsir göstərə bilər”.

“Təşəbbüslər olsa da...”

Ekspert reytinqin yaxşılaşması üçün neftin bahalaşmasını vacib şərt sayır:

“Neft bahalaşmazsa, hökumət bir sıra addımlar atıb, neft gəlirlərinin azalmasını kompensasiya etməlidir. Bura büdcə konsolidasiyası, biznes ortamının yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi daxildir. Təəssüf ki, reytinqimizi yaxşılaşdırmağa xidmət edən təşəbbüslər olsa da, real nəticələr görünmür. Xarici borclar artır, ehtiyatlar azalır və hələ ki, iqtisadi diversifikasiyaya – şaxələnməyə nail olmaq mümkün deyil”.

“Əsas uğurumuz...”

S. Əliyevin sözlərinə görə, manatın mümkün devalvasiya ehtimalı əhalini sosial durumunu pisləşdirməklə yanaşı, dövlətin, şirkət və bankların xarici borca xidmət xərclərini də daha sürətlə artıra bilər:

“Bu baxımdan yaxın zamanlarda Azərbaycanın suveren reytinqinin yaxşılaşdırılması gözlənilmir. Bizim əsas uğurumuz indiki mövqeyimizi qoruyub saxlamaq ola bilər”.

Buna da bax: Son Zəng həyəcanları fotolarda

XS
SM
MD
LG