Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:40

Neftin qiyməti kəskin qalxdığı kimi, kəskin də düşdü


Neftin qiyməti 2017-ci ilin ilk ticarət günündə 2 faiz düşüb və ekspertlər bunu ABŞ dollarının qalxması ilə bağlayırlar.

Dollar 2002-ci ildən bəri ən yüksək qiymət həddinə qalxıb, nəticədə neft son 18 ayda çatdığı ən yüksək qiymətdən aşağı “sürüşüb”.

Brent markasından olan neftin fyuçers qiyməti 1, 35 dollar və ya 2, 4 faiz enərək bir barrel üçün 55, 47 dollar olub.

Qərbi Texas (WTI) neftinin qiyməti 1, 39 dollar və ya 2, 6 faiz azalaraq 52, 33 dollar civarında sabitləşib.

Kəskin düşməzdən az əvvəl neft qiymətləri 2015-ci ilin iyulundan bəri ən yüksək həddinə qalxmışdı.

OPEC ekspertləri bunu kartelin hasilatı ixtisar qərarının fəaliyyətə başlaması ilə izah etməyə tələsmişdilər. Brent markalı neftin bir barreli $58.37, WTI neftinin bir barreli isə $55.24-ə idi.

Ekspertlər neft qiymətlərinin bir gün ərizndə yüksəlişi və eneşi arasında olan fərqin $3.07 olduğunu qeyd edirlər.

Arkanzas ştatındakı WTRG Economics konsaltinq firmasının enerji məsləhətçisi James Williams Reuters agentliyinə deyib ki, belə “yellənmə” yalnız dolların bahalaşması ilə izah edilə bilər.

Hazırda dollar son 14 ildə ən yüksək həddə çatıb.

Maraqlısı budur ki, dolların bahalaşması neftin qiymətini qeyri-dollar ölkələri üçün bahalı edir.

Ekspertlər bildirirlər ki, Oman və Küveyt hasilatın ixtisarına dair vədlərinə əməl etməyə başlayıblar, lakin neft bazarında tamam başqa təbəddülatlar baş verir.

CNBC yazır ki, neft tacirləri Liviyanın hasilatı artırmasından narahatdırlar. Liviya OPEC üzvü olsa da, heç bir ixtisar kvotası qəbul etməyib.

Liviya bu ay Tripoli yaxınlığındakı terminaldan 1, 9 milyon barrel neft ixrac etməyi planlaşdırır.

ABŞ neftinin hasilatı ötən oktyabrda günə 8, 8 milyon barrelə çatıb. Bu, 2016-cı ilin mayından bəri ən yüksək həddir.

Bütün bunlar neft qiymətlərinin qalxmasını tormozlayan amillərdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG