Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 13:57

2018-də Neft Fondundan xərclənəcək pulların məbləği bəlli oldu


Azərbaycan, Bakı, 16 iyun 2015

ADNF-nin 2018-ci il büdcəsinin gəlirləri 11 mlrd. 559 mln. 956,2 min manat, xərcləri isə 9 mlrd. 730 mln. 221,8 min manat məbləğində təsdiq edilir.

Dövlət başçısının dekabrın 28-də Neft Fondunun gələn ilki büdcəsinin təsdiqi ilə bağlı imzalandığı fərmanda belə qeyd edilir.

Fərmana görə, gəlirlərin təqribən 10 milyard manata yaxını Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilməlidir. Yerdə qalan məbləğ isə əsasən bonuslardan, neftin, qazın ölkə ərazisi ilə ötürülməsindən və bundan başqa Dövlət Neft Fondunun idarə olunmasından qazanılmalıdır.

Xərclərin 200 milyon manatı qaçqınların və məcburi köçkünlərinməskunlaşma məsələlərinə gedəcək.

9 milyard 216 milyoon manat da 2018-ci il dövlət büdcəsinə transfert ediləcək.

Habelə, 90 milyon manat Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə gedəcək.

Ötən ay istifadəyə verilən Bakı- Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsinə də 176 milyon 128 min manat ayrılması nəzərdə tutulur.

“2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 16, fondun idarə edilməsinə isə 31 milyon manat nəzərdə tutulub.

Xatırlatma

2017-ci il oktyabrın 1-nə olan məlumata görə, Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 milyard 147 milyon ABŞ dolları) nisbətən 8.67 faiz artıb. Həmin tarixdə bu məbləğin 36 milyard 20 milyon ABŞ dollarına çatdığı bildirilir.

Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. O vaxtdan Fonda 130 milyard dollara yaxın vəsait daxil olduğu bildirilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG