Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:46

Neft Fondunun 2020-ci il büdcəsi təsdiqlənib


Prezident İlham Əliyev (sağ) Dövlət Neft Fondunda, 29 dekabr 2009

Dekabrın 29-da prezident bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri təqribən 12 milyard 385 milyon, xərcləri isə 11 milyard 590 milyon manata yaxın proqnozlaşdırılır.

Bildirilir ki, Fondun gəlirlərinin 10 milyard 563 milyon manatı Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilib. Qalan gəlirlər əsasən, neftin, qazın Azərbaycannın ərazisi ilə ötürülməsindən, Neft Fondunun valyuta aktivlərinin idarə olunması və sərmayəçilərin ödədikləri bonuslar hesabına formalaşacaq.

Fondun xərclərinə gəldikdə isə sənəddə qeyd edilir ki, vəsaitin 200 milyon manatı məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə sərf ediləcək. Ən böyük xərc isə 11 milyard 350 milyon manat 2020-ci il dövlət büdcəsinə transfertdən ibarətdir.

10 milyon manat da “2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə xərclənməlidir.

Xatırlatma

2019-cu ildə Neft Fondunun gəlirləri 15 mlrd. 450 mln. 149,7 min manat, xərcləri isə 11 mlrd. 595 mln. 238,4 min manat həcmində proqnozlaşdırılmışdı. Qurumun 2018-ci il büdcəsinin gəlirləri isə gələnilki büdcədən az, bu ilki büdcədən isə çox olmuşdu. Onda gəlirlərinin 11 mlrd. 559 mln. 956.2 min manat, xərclərinin isə 9 mlrd. 730 mln. 221.8 min manat təsdiqləndiyi açıqlanmışdı.

Dövlət Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. Dövlət Neft Fonduna yarandığı vaxtdan bu il noyabrın 30-na kimi ümumilikdə təqribən 158,4 milyard ABŞ dolları həcmində vəsait daxil olub. Bunun da 151,5 milyard ABŞ dollarını neft və qaz sazişlərinin həyata keçirilməsi , 6,9 milyard ABŞ dollarını isə Fondda toplanan vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər təşkil edir.

Hazırda Fonda 40 milyard dollar civarinda vəsait qaldığı bildirilir.

XS
SM
MD
LG