Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:51

‘Star’ neft emalı zavodunun açılış mərasimi olub


Prezidentlər Recep Tayyip Erdoğan (sağda) və İlham Əliyev neft emalı zavodunun açılışında
Prezidentlər Recep Tayyip Erdoğan (sağda) və İlham Əliyev neft emalı zavodunun açılışında

Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib.

Azərbaycan dövlət başçısı İlham Əliyev və Türkiyə prezidenti Recep Tayyip Erdoğan mərasimdə iştirak ediblər.

AZƏRTAC-ın xəbərinə görə, əvvəlcə Azərbaycan və Türkiyə prezidentləri terrasdan zavodun ərazisinə baxıblar.

Dövlət başçıları idarəetmə ofisi ilə tanış olublar.

Prezidentlərə “Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verilib.

“Star” neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib

Açılış mərasimində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Türkiyə enerji və təbii sərvətlər naziri Fatih Dönmez, xəzinə və maliyyə naziri Berat Albayrak, Türkiyə Böyük Millət Məclisinin sədri Binali Yıldırım çıxış ediblər.

Sonra da prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın çıxışları dinlənib.

Daha sonra da dövlət başçıları zavodun açılışını ediblər.

Xatırlatma

“Star” zavodunun təməlini 2011-ci il oktyabrın 25-də Azərbaycanla Türkiyə prezidentləri İlham Əliyev və Recep Tayyip Erdoğan qoyub.

Bu zavod ildə 10 mln. ton xam neft emalı gücünə malik olmalıdır. “Star” Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

Zavod fəaliyyətə başladıqdan sonra orada ildə 1.6 mln. ton nafta, 5 mln. ton dizel, 1.6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 160 min ton kükürd və başqa məhsullar istehsal olunmalıdır.

Bu layihəyə Azərbaycanın ümumilikdə 6 mlrd. dollar pul qoyduğu bildirilirdi.

XS
SM
MD
LG