Keçid linkləri

2025, 21 Mart, Cümə, Bakı vaxtı 15:27

Nazirlikdəki insidentə görə cəbhəçi polisə aparıldığını deyir


Keçmiş hərbçilər nazirliyin qapısını sındırır
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Keçmiş hərbçilər nazirliyin qapısını sındırır

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elnur Rüstəmov cinayət işinə cəlb edildiyini bildirir.

Rüstəmov Azadlıq Radiosuna deyib ki, İkinci Qarabağ savaşında iştirak edib, lakin ona bu status verilmir: "Müraciətimə haqsız olaraq imtina gəlib, mən də bu qərara etiraz etmək üçün dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə getmişəm. Dünən, martın 28-də də gedəndə məni "iş təklif edəcəyik" deyib aldatdılar. Mülki maşına mindirdilər və Yasamal rayonun 26-cı polis bölməsinə apardılar".

"Müstəntiq mənə dedi ki…"

Bölmədə 6-7 saat saxlandığını deyən Rüstəmov oradan Yasamal Rayon Polis İdarəsinə aparıldığını bildirir: "Orada məndən bu gün, martın 29-da yenidən idarəyə gələcəyim şərti ilə iltizam aldılar və sərbəst buraxdılar. Amma müstəntiq mənə dedi ki, keçən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaşanan insidentə görə mənə cinayət işi açılıb. Dedi ki, nazirliyin qapı və şüşələrinin sındırılmasını təşkil etməkdə məndən şübhələnirlər, məndən şikayət var. Mən isə orada olsam da, həmin hadisəyə heç bir aidiyyətim yoxdur. Bu gün də mənə bildirilib ki, məni həbs etmirlər, amma hər dəfə çağıranda idarəyə gəlməliyəm".

DİN-dən izah

Daxili İşlər Nazirliyindən isə "Turan"a bildirilib ki, Yasamal Rayon Polis İdarəsində ötən il iyunun 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında baş verən hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xatırlatma

2022-ci il iyunun 2-də İkinci Qarabağ müharibəsinin bir qrup iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirmişdi. Onlar əlillik təyinatının olmaması, əksər hallarda imtina cavabı almaları, əyani müayinənin aparılmaması və komissiyaya gec çağırılmalarından şikayətlənirdilər. Aksiya zamanı şikayətçilərdən birinin halı pisləşib, bundan sonra orada gərgin insident yaşanıb.

Onda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilmişdi ki, İkinci Qarabağ müharibəsi iştirakçılarının müraciətlərinə daim xüsusi qayğı və həssaslıqla yanaşılır: "Bu gün nazirliyə müraciət edən bir qrup müharibə iştirakçısı da nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən diqqətlə dinlənilib. Onların müraciətləri əlilliyin qiymətləndirilməsi məsələləri ilə bağlı olub".

Eyni zamanda vurğulanıb ki, müharibə iştirakçılarından bəziləri nazirliyin qəbul şöbəsində təhdidedici hərəkətlər edərək oradakı kompüter avadanlıqlarını, giriş qapısını, turniketi sındırıb, dövlət əmlakına ziyan vurublar.

XS
SM
MD
LG