Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Daha 210 vərəsə birdəfəlik müavinət alacaq


Bakı.Prezident administrasiyasının qarşısında etiraz aksiyası
Bakı.Prezident administrasiyasının qarşısında etiraz aksiyası

Qarabağ uğrunda döyüşlərdə həlak olan daha 142 nəfər hərbi qulluqçunun 210 vərəsəsinə birdəfəlik müavinət veriləcək. Qərar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanındakı müvafiq komissiyanın dekabrın 1-dəki toplantısında çıxarılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, komissiya həlak olmuş hərbi qulluqçulardan 9531 nəfərin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququnu müəyyənləşdirib.

Vərəsəlik notarial qayada təsdiqlənir və birdəfəlik ödənişlə təmin edilmək üçün elektron qaydada ƏƏSMN-ə göndərilir. Təqdim olunan sənədlərə işçi qrup baxdıqdan sonra komissiya ödəmənin verilməsi barədə qərar qəbul edir.

Nazirlik bugünədək həlak olmuş 123 hərbi qulluqçu üzrə 1509 vərəsəyə ödəmə verilməsi haqqında qərar çıxarıldığını qeyd edir. Ödəmə prosesinin davam etdiyi bildirilir.

Buna da bax:Qarabağ döyüşlərində ölənlərin ailəsinə veriləcək ödəmələrə görə mübahisələr səngimir

Xatırlatma

Prezident İlham Əliyev 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb. Amma bundan sonra həlak olan hərbi qulluqçuların bəzilərinin ailələrinin narazılığı eşidilməyə başlayıb. Həmin ailələrin təmsilçiləri deyiblər ki, rəsmi müraciət zamanı onların bu müavinəti artıq aldıqları bildirilib. Buna görə dəfələrlə Prezident Administrasiyası (PA), Milli Məclis önünə toplaşaraq narazılıqlarını ifadə ediblər. Noyabrın 27-də isə onlar yenidən PA-da qəbulda olublar. Onlara məhkəməyə müraciət etmələri tövsiyə olunub.

Vətən uğrunda həlak olanların yaxınları prezidentin ayırdığı müavinəti ala bilmirlər
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Bir qədər əvvəl Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) də məsələyə münasibət bildirmişdi. Şirkətin yaydığı açıqlamaya görə bəzi vərəsələrə 1991-1997-ci illərdə 50 min – 200 min manat məbləğində sığorta ödənişi həyata keçirilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG