Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:01

Nazirlər Kabinetində əmək bazarı müzakirələri


Bu gün, avqustun 31-də Nazirlər Kabinetində baş nazir Novruz Məmmədovun sədrliyi ilə əmək bazarında bəzi məsələlərlə bağlı iclas keçirilib.

Toplantıda əmək ödənişləri sisteminin təkmilləşdirilməsi, dayanıqlı sosial ödənişlər sisteminin formalaşdırılması və regionlarda aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi məsələlərinin müzakirə olunduğu bildirilir.

Baş nazir deyib ki, son illər əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilib.

Toplantıda müzakirə mövzuları ilə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məruzəsi də dinlənib.

Yekun olaraq, qərara alınıb ki, əmək bazarının mövcud vəziyyəti regionlar üzrə təhlil edilsin.

Qərara əsasən, hər bir region üzrə əmək resurslarının balansı tərtib olunmalı, ərazi məşğulluq proqramları hazırlanmalı, səyyar əmək yarmarkaları təşkil edilməlidir.

XS
SM
MD
LG