Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 09:43

Nazirlər Kabineti büdcə layihəsini bəyənib.


Azərbaycan Nazirlər Kabineti, iclas 12 iyul 2017

Nazirlər Kabineti 2018-ci il üzrə dövlət və icmal büdcənin layihələrini, habelə növbəti üç il üzrə icmal büdcənin göstəricilərini bəyənib.

Bu haqda Nazirlər Kabinetinin məlumatında bildirilir.Ancaq layihələrnin detalları, hələ ki, açıqlanmır.

Məlumatda bildirilir ki, Maliyyə Nazirliyinin hazırladığı layihələr Nazirlər Kabinetində müzakirə edilib.

Müzakirələrdə maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Şahin Mustafayev də iştirak edib. İştirakçılar onların məruzlərini dinləyiblər. Onlar gələn ilin dövlət büdcəsi layihəsinin son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslər nəzərə alınmaqla tərtib olunduğunu bildiriblər.

Verilən məlumata görə, layihələr hazırlanan zaman dövlət büdcəsinin sosial yönümlülüyü əsas götürülüb. Əhalinin maddi rifahının yaxşılaşdırılması, müdafiə məsələləri, qeyri-neft sektorunun inkişafına dəstək kimi amillərə diqqət ayrılıb.

Müzakirələrin sonunda “2018-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” bəyənilib.

Habelə,“2018-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” dəstəklənib

Büdcə zərfinə daxil olan sənədlər toplusunun prezidentə göndərilməsinə qərar verilib.

XATIRLATMA

2017-ci ilin dövlət büdcəsini prezident İlham Əliyev ötən il dekabrın 27-də təsdiqləmişdi.

2017-ci ilin dövlət büdcəsinin gəlirləri əvvəlcə 16 mlrd. 255 mln., xərcləri isə 16 mlrd. 900 mln. manat idi.

Büdcədə Neft Fondundan transfertlər 6.1 mlrd. manat həcmində nəzərdə tutulurdu. Büdcədə gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti bir barrelə görə 40 dollar götürülüb. Hazırda Azərbaycan neftinin bir barreli 57 dollar civarında satılır.
Ancaq bu il iyunun 30-da büdcə sənədinə dəyişiklik edilib. Gəlirləri 511 milyon artaraq 16 mlrd. 766 mln. manata çatdırıblar. Xərclər isə 1 milyard 41 mln. manat artırılıb.

Maliyyə Nazirliyinin bilgilərinə görə, büdcənin icrasında kəsir var. Nazirlik ötən həftə sonu açıqlamışdı ki, 471,1 milyon manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG